Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ramazanın 16-cı günü üçün tövsiyə – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

İyun 12
20:51 2017
🎬

📥Yüklə (4.3 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Bu səxavətli ayın əksər hissəsi geridə qalmışdır. Biz artıq on altıncı gündəyik. Allahdan diləyirəm ki, bizi və sizi qalan günlərdə Allahın razılığını qazanmaq üçün daha çox çalışmağa müvəffəq etsin, xeyir işlərdə ötüşməyi nəsib etsin.

Qarşıdakı dəyərli günlərdə mömin daha çox çalışmalıdır. Fövtə verdiyi günlərin boşluğunu Allaha itaətlə, çox namaz qılmaqla, “sübhanallah”, “lə iləhə illəllah”, “Allahu əkbər”, “əlhəmdulilləh” zikrlərini deməklə, Quranı çox oxuyub haqqında dərindən düşünmək və dərk etməklə doldurmalıdır. Həmçinin daha çox sədəqə vermək, insanlara haqqı tövsiyə etmək, xeyrə yönəltmək, yaxşı işləri əmr edib, pis işlərdən çəkindirmək və digər xeyirli işlərdə həmin boşluqları doldurmaq lazımdır.

Ay sona yaxınlaşdıqca, mömin daha çox çalışmalı və ötən günlərin boşluğunu doldurmalıdır.

Digər xəbərlər