Rəcəb və Şaban ayının fəziləti – Şeyx İbn Useymin
2. 882 dəfə baxılıb
Günümüzdə bir çox insanlar hicri təqviminin rəcəb (7-ci ay) və şaban (8-ci ay) ayları haqqında bəzi uydurma və zəif rəvayətlərə əsaslanaraq məxsusi ibadətlər yerinə yetirirlər. Günya ki, rəcəb ayında oruc tutmaq, yaxud şaban ayının on beşinci günü oruc tutmaq, gecəsi namaz qılmaq olduqca savablı, xüsusi əhəmiyyətli əməldir.
Bu haqda islam dünyasının müdrik alimi, mərhum şeyx Muhəmməd bin Saleh əl-Useymin gözəl açıqlama verir.
Həmin materialı sizə təqdim edirik.
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Allah sizi xeyirlə mükafatlandırsın.
Sualda deyilir ki, Rəcəb ayını və Şaban ayının on beşinci gününü oruc tutmaq, gecəsini ibadət etmək haqqında nə deyə bilərsiniz?
Cavab:
Bütün bunlar əsassız fikirlərdir.
Rəcəb ayını oruc tutmaq məsələsinə gəldikdə, bu ay digər aylardan heç nə ilə fərqlənmir. Bu ayda xüsusi oruc, xüsusi namaz yoxdur.
Şaban ayına gəldikdə, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu ayda çoxlu oruc tutardı, lakin bu ayın on beşinci gününü məxsusi şəkildə oruc tutmazdı. Aişə (Allah ondan razı olsun) deyir ki, “O, Şaban ayında daha çox nafilə oruc tutardı.”
İnsanların yalnış düşüncəsinə görə şaban ayının on beşinci gecəsində xüsusi gecə namazı qılmaq, gündüz isə oruc tutmaq lazımdır. Hətta iddia edirlər ki, insanların il boyu etdikləri əməlləri həmin gecə yazılır.
Bütün bunlar əsassızdır. Bu fikirləri dəstəkləyəcək heç bir etibarlı (səhih) məlumat yoxdur.
Sələf Xəbər redaksiyası tərəfindən hazırlanmışdır.