Rəhbəri təhqir edəni, Allah alçaldar – Şeyx Saleh bin Fovzan əl-Fovzan
1. 292 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Tirmizi Əbu Bəkrədən (Allah ondan razı olsun) həsən sənədlə Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) nisbətən rəvayət edir ki, “kim rəhbəri təhqir edərsə, Allah da onu alçaldar.”
Biz demişdik ki, ədalətli rəhbərə hörmət edilməlidir. Belə rəhbərə hörmək etmək, uca və nöqsansız Allaha hörmət etməkdir.
Bu hədisdə isə ümumiyyətlə heç bir rəhbəri təhqir etmək olmaz deyilir. Hətta o günahları aşkarda edən, zalım, günahkar olsa da onu təhqir etmək olmaz.
Rəhbəri təhqir etmək olmaz. Çünki bu rəiyyətdə rəhbərə qarşı nifrət hissi oyadır, söz birliyini pozur, hətta üsyana gətirib çıxarır.
Rəhbərin öz yeri, öz məqamı vardır. Ona tutduğu vəzifəyə, rəhbərliyinə görə hörmət edilməli, qədri uca tutulmalıdır. Bunda həmçinin islam və müsəlmanlar üçün faydalar vardır.
Allah, rəhbər vasitəsi ilə bir çox şəri uzaqlaşdırır. Onunla əminamanlığı, insanların haqqlarını qoruyur. Onunla zalımların canına qorxu salır, cəza tədbirlərini icra etdirir.
Rəhbər, Allahın yer üzündəki kölgəsidir. Burada müsəlmanlar üçün saysız faydalar vardır.
Onun haqqında pis sözlər danışmaq olmaz.
Bu gün məclislərdə, yaxud səs yazılarında, dərs və xütbələrində rəhbərləri təhqir edənlər bu hədisə daxildirlər və deyilən cəzaya layiqdirlər.
Əslində Allah onları alçaldır. Onlar iddia edirlər ki, bu işlə onlar pis işə etiraz edir, Allah yanında təmizliyə çalışırlar, lakin onlar əksini əldə edirlər. Rəhbəri təhqir etdiklərinin müqabilində, Allah da onları alçaldır.
(Mənbə: Muhəmməd bin Əbdülvahhabın “əl-Kəbair” kitabının şərhindən.)