Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Rəhbərlər haqqında danışmaq əksər insanların mübtəla olduğu XƏSTƏLİKDİR – VİDEO

Oktyabr 24
18:05 2016

“Sələf Xəbər” Şeyx Məhəmməd Bin Saleh əl-Useyminin “Rəhbərlər haqqında danışmaq əksər insanların mübtəla olduğu xəstəlikdir” məzmunlu fikirlərini təqdim edir:

🎬

📥Yüklə (16.4 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

“Bu gün əksər insanların mübtəla olduqları problemlərdən biri öz rəhbərlərinə hörmət etməməsi, şərəf-ləyaqətini alçaltmasıdır. Baxsan, görərsən ki, bəzi insanlar məclislərini rəhbərləri təhqir etməklə başlayırlar. Allah onları bağışlasın.

Əgər belə sözlər danışmaq faydalı olsaydı və problemləri həll etsəydi, deyərdik ki, eyb etməz danışın. Amma həqiqət budur ki, bunun heç bir faydası yoxdur və heç bir problemi həll etmir. İnsanların qəlbində rəhbərə qarşı yalnız nifrət hissi formalaşdırır. Bu kimi sözlər istər alimə qarşı, istərsə də rəhbərə qarşı deyilərsə, qəbahəti eynidir.

Bu gün bəziləri hansı məclisə daxil olursa, hansısa alim, rəhbər və ya nazir haqda söz açır ki, onun şərəfinə toxunmaq üçün danışsın. Bu doğru deyildir.

Belə danışmaq bir fayda verəcəkmi?!
Əgər fayda versəydi, ilk təşviq edən biz olardıq, “Pis işlər dəyişilməli!”, “Səhvlər düzəldilməlidir!” – deyib aləmə car çəkərdik. Amma bu üsul faydasızdır.

İnsanları alimlərə, rəhbərlərə qarşı qaldırmaq heç bir fayda verən deyildir.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) çoxmənalı və əhatəli şəkildə buyurmuşdur: “Kim Allaha və Axirət gününə iman edirsə, ya xeyir söz danışsın, ya da sussun!”

Təəccüblüdür ki, dindarlığı ilə seçilən bəzi insanların yanında sıravi insan haqqında danışmaq istədikdə “danışma, qiybətdir, haramdır” – deyir, amma hansısa rəhbər haqqında danışsan, xoşlanır.
Sıravi insan haqqında danışmağa razı olmur, amma rəhbər haqqında danışmağa normal baxır.
Əksər insanlar bu xəstəliyə tutulublar, mən bunu xəstəlik hesab edirəm. Əgər insanlar dillərini qoruyub rəhbərlərə tövsiyə etsəydilər, xeyirli olardı.

Mən demirəm ki, səhvə göz yum! Deyirəm ki, bu haqda rəhbərə məktub yaz. Əgər məktubunun faydası olarsa, nə gözəl. Əgər sənin yazdığın, həqiqətən, doğrudursa və onlar da buna əhəmiyyət vermirlərsə, günahı onlara qalar….
Müvəffəqiyyət Allahdandır”.

Digər xəbərlər