Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

SƏBR NURDUR – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

Avqust 02
19:45 2017
🎬

📥Yüklə (3.5 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Əbu Malik əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh (zikri, böyük savabı ilə) tərəzini doldurur. Sübhənəllah və əlhəmdulilləh (zikri, böyük savabı ilə) göylə yerin arasını doldurur. Namaz nurdur. Sədəqə (insanın imanına, xeyirxahlığına) dəlildir. SƏBR NURDUR. Quran isə sənin lehinə, yaxud əleyhinə hüccətdir. Bütün insanlar çalışırlar. Kimisi (itaəti və ibadəti ilə) özünü (Allahın əzabından) xilas edir, kimisi də (şeytana və nəfsi istəklərinə aldanmaqla) özünü təhlükəyə atır (həlak edir).” (Muslim rəvayət etmişdir).

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bu hədisdə bizə səbrin nur olduğunu bildirir.
Yəni səbr insanın yolunu işıqlandırır.

İnsan çaşqınlıqda olanda, qəm-kədər içində boğulanda səbr edərsə, bu səbr onun üçün haqqa tərəf yol göstərən nuru olar. Ona görə də uca Allah səbrin insana yardım edən amil olduğunu qeyd etmişdir (Bax. əl-Bəqərə: 45).

Səbr insanın qəlbinin, getdiyi yolun, tutduğu metodun və etdiyi əməlin NURUDUR.
Çünki insan səbr ilə Allaha tərəf getdikcə, Allah da onun qəlbində hidayətini və nurunu artırar, onu bəsirətli edər.

Buna görə də Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) “SƏBR NURDUR” demişdir.

Digər xəbərlər