Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Səhabə və tabiinlər hamılıqla Allahın zatı ilə bütün məxluqatdan ucada olmasını etiqad edib – Şeyx İbn Useymin (VİDEO)

Noyabr 01
19:22 2016
🎬

📥Yüklə (9.0 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

İcmanın (səhabə və tabiin ittifaqı) Allahın zatı ilə bütün məxluqatdan ucada olmasına dəlalət etməsi belədir ki, bütün səhabələr və tabiinlər təsdiq edirdilər ki, Allah zatı ilə hər şeydən ucadadır.
Onların bu məsələdə yekdil fikirdə olmasına sübut nədir?
Onların bu məsələdə yekdil fikirdə olmasını sübut edən dəlil məxfidir. Hər kəs üçün faydalıdır deyə, bunu bilmək lazımdır.
Biz deyirik ki, Quran və səhih hədislərin mətni Allahın zatı ilə ucada olmasına dəlalət edir. Səhabələrdən zahirən bu mənaya zidd olan hansısa fikir rəvayət olunubmu?!
Əsla belə fikir olmayıb.
Demək onlar ayə və hədislərin dəlalət etdiyi məna barədə yekdil fikirdə olublar.
Qayda belədir ki, əgər Quran və ya sünnə hər-hansı məsələyə dəlalət edər və səhabələrdən buna müxalif olan fikir nəql edilməzsə, bu o deməkdir ki, onlar bu məsələ barədə yekdil fikirdədirlər.
İcmanın (İttifaq) bu yolla isbat edilməsi üsulunu bir çox insanlar bilmirlər.
Elə isə səhabələr Allahın məxluqatdan ucada olması barədə ittifaq ediblər.
Bu ittifaqa əsas verən dəlil isə budur ki, Quran və sünnə dəlilləri Allahın məxluqatından ucada olmasını ifadə edir və səhabələrdən bu mənaya zidd olan heç bir söz də nəql edilməmişdir. Bu dəlalət edir ki, onlar bu barədə yekdil fikirdə olublar.

Digər xəbərlər