Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Sələfilərin Tunisdə baş vermiş terror hadisəsinə münasibəti – VİDEO

İyul 21
14:16 2015

“Sələf Xəbər” Şeyx Süleyman ər-Ruheylinin Tunisdə baş vermiş terror hadisəsinə sələfilərin münasibətini təqdim edir.

“Sələfilər terrordan və qətldən uzaqdırlar!”

🎬

📥Yüklə (14.7 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual: Şeyx bir müddət öncə Tunisdə baş vermiş terror hadisəsi haqqında soruşmaq istərdim.
Xəvariclər insanlara hücum çəkib orada olan həm müsəlmanları, həm də qeyri müsəlman turistləri qətlə yetiriblər. Bu haqda zəhmət olmasa bir söz deyərdiniz.

Cavab: Heç şübhəsiz, bu, böyük cinayətdir. İnsanların qanını axıtmağa səhlənkar yanaşmaq möminlərin simasından deyildir. İnsanların qanını axıtmağa laqeyd yanaşmaq xəvariclərin xüsusiyyətlərindəndir.
Onlar nə müsəlmanın, nə də haqqı-hüququ tanınan insanın qanını tökməkdən çəkinmirlər. Bu isə cinayətdir.
Elm tələbələrinə vacib olan odur ki, – əgər xəvariclər tərəfindən özlərinə qarşı təhlükə hiss etmirlərsə – onlar bu böyük cinayətə qarşı öz etirazlarını açıq ifadə etsinlər.
Elm tələbələri öz ölkələrinə bildirməlidirlər ki, biz xeyirxah, islama dəvət edən və islah edən insanlarıq.
Biz cinayətkar və terrorçu deyilik.
Müsəlman ölkələrində yaşayan gözəl qardaşlarıma tövsiyəm budur ki, ilk növbədə saleh sələflərin həqiqi etiqadını insanlara çatdırsınlar və bidət əhlinin etiqadını rədd etsinlər.
İnsanların qanına əlini bulamış kimsələrə tövsiyəm budur ki, əvvəlcə özü barədə Allahdan qorxsun, sonra insanlar haqqında Allahdan qorxsun.
İnsanların qanına əl bulamaq olduqca pis haldır. Mömin insan günahsız qana bulanmadıqca öz əməlisalehliyini qorumuş olar.
Haram qana bulaşarsa özünü həlak etmiş olar.
Saleh sələflərimiz haram qan tökməkdən çox ehtiyat edərdilər. Cabir bin Abdullah (Allah ondan razı olsun) adlı səhabəyə deyəndə ki, “fitnə zamanında döyüşməyəcəksən?” belə cavab vermişdi:
“Əgər siz mənə “bu kafirdir, onu öldür!” – deyən, iki gözü və danışan dili olan bir qılınc gətirsəniz, mən də o zaman fitnədə döyüşərəm.”

Digər xəbərlər