Səudiyyə Ərəbistanın müftisi Türkiyəyə dəstək olmağa çağırdı – VİDEO
3. 326 dəfə baxılıb
“Türkiyə böyük İslam ölkəsidir. Bu ölkənin zəifləməsi müsəlmanlar üçün itkidir.”
Bu sözləri “əl-Məcd” telekanalının canlı yayımında sualları cavablandıran Ərəbistanın Müftisi Şeyx Əbdüləziz Ali Şeyx söyləmişdir.
Müsahibədə deyilir: Möhtərəm şeyx Türkiyənin suverenliyinə təcavüz edən hərbi təyyarənin vurulmasından sonra Türkiyəyə qarşı siyasi “şantaj” edildiyini görürük. Baş verənlər haqqında soruşurlar.
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sualda deyilir: “Məgər belə hallarda müsəlman qardaşımız olan Türkiyəyə iqtisadi baxımdan və digər sahələrdə dəstək olmaq vacib deyilmi?”
Cavab: “Mən belə düşünürəm ki, müsəlman ölkələrinə bu məsələlər məlumdur və onlar yəqin ki, bu yöndə lazım olanı edəcəklər inşallah.
Türkiyə böyük İslam ölkəsidir. Bu ölkənin zəifləməsi müsəlmanlar üçün itkidir. Bu baxımdan diqqətli olmaq lazımdır. Əgər biz bu böyük ölkəyə kömək etməsək, türkiyəli müsəlmanların həyatına mənfi təsir edəcəkdir.”
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))