Şəvval orucu haqqında şübhəyə cavab – Şeyx Saleh bin Fovzan əl-Fovzan
1. 537 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual:
Son zamanlar, ələlxüsus sosial şəbəkələr vasitəsi ilə belə bir şübhə yayırlar ki, şəvval ayının altı günü oruc tutmaq haqqında sübut yoxdur. Bu müsəlmanların bayramını korlamaqdan başqa bir şey deyildir.
Şeyxin bu haqda fikri nədir?
Cavab:
Bu batil sözdür. Şəvval ayının altı günü oruc tutmaq Buxarinin əs-səhih əsərində təsdiqini tapıb. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Kim ramazan ayını oruc tutar və şəvvaldan da altı gün oruc tutarsa, sanki bir ili oruc tutmuş kimi olar.”
Çünki bir savab on savaba bərabərdir. Ramazan ayı on ayı, altı gün isə iki ayı əvəz edir. Bu isə ilin on iki ayına bərabər sayılır. Bu halda insan sanki bütün ili oruc tutmuş sayılır. Yəni o, bir ili oruc tutmuş adamın qazandığı savabı əldə edir. Çünki bir savab on savaba bərabərdir. Bu da uca və nöqsansız Allahın lütfüdür.
Bütün bunlar Ramazandan sonra şəvval ayının bu altı gününü oruc tutmağın müstəhəb olmasına dəlalət edir. Beləliklə müsəlmanın savabı tamamlanmış olur.
Kim altı günün orucunu inkar edir, yaxud şübhə ilə yanaşırsa, bu hədis ona çatmamışdır. Bu hədis ona qarşı sübutdur. Deyilənə görə İmam Malik (Allah ona rəhmət etsin) şəvvalın altı gününü oruc tutmağı məqbul saymırmış. Alimlər deyirlər ki, bu haqda deyilən hədis ona çatmamışdır.
Aləmlərin rəbbi Allaha həmd olsun ki, bu haqda deyilən hədis Buxarinin əs-Səhih əsərindədir.