Şeyx əl-Albani – DÜNYA MÜSƏLMANLARINA MÜRACİƏT – VİDEO
2. 754 dəfə baxılıb
“Sələf Xəbər” Şeyx əl-Albaninin (Allah rəhmət etsin) DÜNYA MÜSƏLMANLARINA MÜRACİƏTİNİ təqdim edir.
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Həmd Allaha məxsusdur! Biz Ona həmd edir, Ondan kömək istəyir, Ondan bağışlanma diləyirik. Nəfslərimizin şərrindən və pis əməllərimizdən Allaha sığınırıq. Allahın hidayət verdiyi kimsəni heç kəs azdıra, azdırdığı kimsəni heç kəs haqq yola gətirə bilməz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir, şəriki yoxdur. Həmçinin şəhadət verirəm ki, Muhamməd Onun qulu və elçisidir.
Mənim yer üzərində yaşayan hər bir müsəlmana, ələlxüsus bizimlə birlikdə mübarək dəvətə, Saleh Sələfilərin düşüncəsi ilə Quran və sünnəyə mənsub olan müsəlmanlara TÖVSİYƏM BUDUR ki, öncəliklə – özüm də daxil olmaqla – Allah qarşısında təqvalı olsunlar. Bundan sonra faydalı elmləri öyrənməklə məşğul olsunlar. Uca Allah buyurur: “Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!” (əl-Bəqərə: 282). Hər birimizin Saleh Sələfilərin düşüncəsi ilə öyrəndiyi Quran və sünnə elmi ilə yanaşı, bacardıqları qədər bu elmə əməl etsinlər. Belə olarsa bu elm onların lehinə olar, əleyhlərinə olmaz.
Uca Allah buyurur: “O gün nə mal-dövlət, nə də övlad bir fayda verər! Yalnız sağlam qəlblə Allah hüzuruna gələn şəxsdən başqa.” (əş-Şuəra: 88-89).
Mən onlara bir çox məsələlərdə Sələfin yolundan çıxmış insanlara qoşulmamağı tövsiyə edirəm. Bunun yalnız bir adı var o da “çıxmaqdır” (ərəb. Xuruc). Bu, müsəlmanlara və müsəlman topluma qarşı çıxmaqdır. Biz onlara Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) söylədiyi kimi olmağı tövsiyə edirik: “Allahın qardaş bəndələri olun!” Allahın əmr etdiyi olun!
Ötən məclislərdə söyləmişəm, bir daha təkrar edirəm – xatırlatmaq fadalıdır: “Biz müxalif insanları təbliğ edərkən olduqca mərhəmətli davranmalı, daim uca Allahın bu ayəsi ilə olmalıyıq: “Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihət verərək dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et.” (ən-Nəhl: 125).
Biz bu davranışımızı, bizim inancımıza və əqidəmizə qarşı ən sərt mübarizə aparanlara qarşı sərgiləməliyik ki, Allahın bizə lütf etdiyi haqq dəvətin (qarşı tərəfə) ağır gəlməsi ilə yanaşı, pis üslubda dəvət də digər tərəfdən ağırlıq etməsin.
Mən dünyanın müxtəlif yerlərində yaşayan müsəlman qardaşlarımdan xahiş edirəm ki, qoy onlar bu İslam ədəbinə yiyələnsinlər və bu işdə yalnız Allahın razılığını qazanmaq məqsədini güdsünlər. Dünya mənfəəti və təşəkkür gözləməsinlər. Məncə bu qədər yetərlidir.
Aləmlərin Rəbbinə həmd-səna olsun
Şeyx Muhamməd bin Nasirəddin əl-Albani
Hicri 1419, milad 1998-ci il