Şeyx Fövzan: “Cahillər fitnə anında danışarlarsa, fitnə daha da artar”
Dekabr 14
17:43
2016
1. 492 dəfə baxılıb
Sual: Fitnə anında bəyənilməyən susmaqla bəyənilən susmaq və ona müdaxilə etməmək arasındakı fərqi necə ayırd edə bilərik?
Şeyx: Fitnə anında yalnız elm və bəsirət əhli danışmalıdır. Hər kəs danışmalı deyil. Cahillər fitnələr anında danışarlarsa, fitnə daha da artar. Lakin o anda alimlər danışaraq bəyan edərlərsə, Allahın izni ilə fitnə sönər. Fitnə barədə kim gəldi danışa bilməz. O barədə yalnız haqqı batildən ayırd edən və danışmağı bacaran elm və bəsirət əhli danışmalıdır. Hər kəs fitnə zamanında danışıb bu məsələyə müdaxilə edib fətva verməməlidir.
Mənbə: ar.alnahj.net