Şeyx Fövzan: “Məclislərdə və insanlar arasında başçının pisliyinə danışmamalısan” – VİDEO
2. 176 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
“Ölkə başçısına itaət etmək vacibdir. Uca Allah buyurmuşdur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!” (ən-Nisə 59).
Vacib və əsas olanı əmr sahibinə itaət etməkdir. Lakin günah işi əmr edərsə, ona yalnız bu günahda itaət olunmaz. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allaha asilikdə məxluqa itaət etmək olmaz”. (Əhməd və qeyriləri səhih olaraq rəvayət etmişdirlər).
Həmçinin buyurmuşdur: “(Başçıya) itaət yalnız yaxşı işlərdə olur”. (Buxari və Müslim rəvayət etmişdirlər).
O demək deyil ki, sən başçıya itaətdən çıxaraq ona asi olasan. Lakin bu günahı etməyərək digər işlərdə ona itaət etməlisən. Ona tabe olaraq yardım etməli, başçılığı altında qalmalı və ona qarşı çıxmamalısan. İnsanları ona qarşı qalxmağa təhrik etməməlisən.
Məclislərdə və insanlar arasında onun pisliyinə danışmamalısan. Çünki belə etmək şərə və fitnəyə səbəb olur və insanları öz başçılarına nifrət etməyə gətirib çıxarır. Xüsusən də, belə bir vaxtda ki, kafirlər bizim əleyhimizə cəmlənir və başımıza bəlalar gəlməsini gözləyirlər.
Ola bilsin ki, onlar bunu bildikdə müsəlmanlardan olan emosionallara öz zəhərlərini yeridir və onları öz başçılarına qarşı qalxmağa təhrik edirlər. Bununla da fitnə baş verir, işlər korlanır və nəticədə kafirlər üçün müsəlmanları ələ alaraq hökm etmək asanlaşır.
Müsəlman başçı hər kim olsa belə, onda çoxlu xeyir və böyük faydalar vardır. O, məsum deyildir. Bəzi əmrlərində səhv edə bilər. Ona nəsihət gizli olmalı və doğru yol bəyan edilməlidir. Məclislərdə, yaxud bundan da daha şiddətlisi xütbələrdə və mühazirələrdə onun əleyhinə danışmağa gəldikdə isə bu təfriqə, nifaq və şər əhlinin işidir. O kəslərin ki itaətdə asilik etmək istəyərlər”.