Sələf Xəbər


İSLAMIN SƏSİ

 Son Xəbərlər

Şeyx Fövzanın karikaturaçıların öldürülməsi ilə bağlı fikri – VİDEO

Yanvar 15
19:02 2015

Allah-Təala yer üzünü zülmətdən nura çıxartmaq üçün ən gözəl əxlaq sahibi olan bir Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) və onun peyğəmbərliyini təsdiqləyən, bütün aləmi Qiyamətə qədər öz tükənməz möcüzələri ilə heyrətə gətirən Qurani-Kərimi göndərmişdir.

Əlbəttə ki, dinindən və irqindən asılı olmayaraq hər bir ağıl sahibi İslam dininin haqq bir din və əsl qurtuluş yolu olduğunu bilərək bu gözəl dinə axın-axın gəlməkdədir. Şübhəsiz ki, bu durum bir çox inadkarları sevindirmir. Elə buna görə də İslam dininin zəifliyini üzə çıxara bilmədikləri üçün insaniyyətə yaraşmayan iyrənc işlərə əl atmaqla məşğuldurlar.

Bu iyrənc əməllərin biri də bütün peyğəmbərlərin təsdiqləyicisi olan Məhəmməd Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) təhqir etməyə çalışmalarıdır. Lakin əfsuslar olsun ki, onlar Allah Peyğəmbərini deyil, elə özlərini təhqir və rüsvay etdiklərini hələ də dərk etməyiblər.

Allah- Təala buyurur: “Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə belə, öz nurunu (dinini) tamamlayacaqdır”. (“əs-Saff” surəsi, 8-ci ayə)

Ona görə də elmi münaqişədən çəkinərək müxtəlif böhtanlara və təhqirlərə əl atanlara qarşı fərdi bir müsəlmanın ən güclü silahı belə namərdlərə sui-qəsd etmək deyil, İslam dininə sarılaraq onun əhkamlarına əməl etməsi və hər bir müsəlmanın bu dinin təbliğində əlindən gələni əsirgəməməsi olmalıdır. Əlbəttə ki, belə çirkinliyə əl atanlardan araşdıraraq İslama gəlmələrinin də az şahidi olmamışıq.

“Sələf Xəbər” böyük İslam alimi Şeyx Fovzanın Fransada karikaturaçıların öldürülməsi ilə bağlı fikrini diqqətinizə çatdırır:

Sual: Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) təhqir edən kafir karikaturaçını öldürmək olarmı?

Şeyx Fövzan: Sui-qəsd etmək düzgün yol deyildir. Belə etmək onların müsəlmanlara qarşı olan şər və nifrətini artırır. Lakin onları qəhr edən şey onların şübhələrinə cavab vermək və rüsvayçılıqlarını bəyan etməkdir. Əl və silah ilə Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) yardım etməyə gəldikdə isə, bu iş, müsəlmanların başçılarının işidir və Uca Allah yolunda cihad ilə olur.

🎬

📥Yüklə (6.5 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Digər xəbərlər