Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Şeyx İbn Useymin: Günah işlədən rəhbərə münasibət

Aprel 11
16:40 2016

“Sələf Xəbər” redaksiyası görkəmli alim, müdrik şəxsiyyət Şeyx Muhəmməd bin Saleh əl-Useyminin (Allah rəhmət etsin) rəhbər və rəiyyət mövzusuna aid növbəti səsli yazısını sizə təqdim edir.
Şeyx İbn Useymin rəhbərə itaət etmək mövzusuna aid hədisləri şərh edərkən böyük günah işlədən rəhbərə münasibət haqqında danışır. Bildiyimiz kimi haqq yoldan azmış və dini radikallığı ilə seçilən əksər məzhəb və təriqətlər günah işlədən rəhbərə qarşı üsyan etməyi icazəli görürlər. Lakin sələfilər digər məsələlərdə olduğu kimi, bu məsələdə də hədislərə əsaslanaraq orta, ədalətli mövqedən çıxış edirlər. Elə şeyx İbn Useymin də bu mövzuda sələfin haqq olan mövqeyini bizə çatdırır.

🎬

📥Yüklə (6.2 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Şeyx İbn Useymin:
Əgər rəhbər günah edirsə, biz onun əməlinə pis baxırıq, amma onu eşidib itaət edirik.
Fərz edək ki, hansısa rəhbər içki içir, zina edir, yaxud hər-hansı günah işlədir.
Belə halda biz onun əməlinə pis baxırıq, bu işindən razı qalmırıq. Necə ki, bu haqda hədislərdə deyilmişdir.
Amma biz ona itaət etməkdə müxalif olmuruq.

Digər xəbərlər