Sələf Xəbər


İSLAMIN SƏSİ

 Son Xəbərlər

Şeyx Luheydan: “Məni təkfir edən hər bir kəsə halallıq verirəm …” – VİDEO

Dekabr 19
19:26 2014

Şeyx Saleh ibn Məhəmməd əl-Luheydan 1931-ci ildə Səudiyyə Ərəbistanının Qasım şəhərində anadan olmuş və 1959-cu ildə ər-Riyadda şəriət fakultəsini bitirmişdir. Şeyx Abdullah ibn Humeyd, Şeyx Abduləziz ibn Bəz, Şeyx Abdurrəzzaq əl-Afifi, Şeyx Məhəmməd əl-Əmin əş-Şinqiti kimi böyük alimlərdən dərs almışdır.

Həyatının əlli ilini qazilikdə keçirmişdir. Bir neçə məhkəmələrdə qazilik vəzifəsində çalışdıqdan sonra 1992-ci ildən 2009-cu ilə qədər qazilikdə ən yüksək vəzifə sayılan və müstəqil hökmə malik olan Ali Qazilik Məclisinin rəisi vəzifəsində çalışmışdır. Böyük Alimlər Məclisinin, İslam Dünyası birliyinin, Ərəb Tarixçiləri birliyinin, Beynəlxalq Psixiatriya Cəmiyyətinin üzvüdür. Kəbə məscidində dərs deyir. Bir çox faydalı kitablar müəllifidir.

🎬

📥Yüklə (21.5 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual verən: Hörmətli şeyx, mən yanlışlığa düşərək, bütün terror törədənləri özümə dost hesab edib, sizi isə təkfir edənlərdən idim. Lakin, indi Allaha şükr olsun ki, bütün bunlardan uzaq duraraq Allaha dönürəm və mənə halallıq vermənizi arzu edirəm. Hörmətli şeyx, xəvariclər deyirlərmi ki, onlar xəvaricdirlər və partlayış törədərək dağıdanlar xəvariclərdəndirlərmi?
Hörmətlə: Əbu Məhəmməd.

Şeyx: O dövrdə də xəvariclər ideya və əməl də onlarla həmfikir olanlardan başqa, digər bütün müsəlmanları təkfir edirdilər. Məhz ona görə də Əli bin Əbi Talibi (Allah ondan razı olsun) və onunla olan səhabələri təkfir etdilər.
Amma Əli bin Əbu Talibdən (Allah ondan razı olsun) onlar barəsində soruşuldu ki, onlar kafirdirlərmi? O dedi: “Onlar küfrdən qaçmışdırlar”. Yəni onları kafir saymamışdır. Lakin bəyan etmişdir ki, onlar yollarını azmış və zülm edənlərdir.

İnsanın əməlinin xəvariclərin əməlindən olmasına gəldikdə isə, onun əqidəsinin tamamilə xavariclərin əqidəsi kimi olması şərt deyildir. Bir çox əməllər vardır ki, digərlərinin əməllərinə oxşayır, lakin onu edənin əqidəsi onların əqidəsi kimi deyildir. Şübhə yoxdur ki, bu ölkələrdə əvvəl və indi baş verən partlayışlar açıq-aydın zəlalətdir.

Ölkələrimizdə olan partlayışlar qırx ildir ki, ortaya çıxmışdır. Elmində sadiq olan heç bir elm əhlinin bu partlayışların Allaha yaxınlaşdıran bir əməl olmasını, “Allah yolunda cihad sayılmasını yaxud da günahı olmayan mübah bir işdir” deməsi mümkün deyildir. Əksinə, o əməllər zəlalət və fəsad törətməkdir.

Allah Təala Qurani-Kərimdə əkin və nəsildə fəsad törədənləri qınamışdır. Uca Allahdan istəyirik ki, qəlbində bu əməllərdən olan bütün insanları islah etsin, onları doğru yola yönəltsin, bu toplumda və bütün İslam toplumlarında nicat və yaxsılığı yaysın, haqdan qaçan hər bir kəsi geri qaytarsın, xeyirdən uzaq olanı doğru yola yönəltsin.

Qeybət və təkfir etməyə gəldikdə isə şübhə yoxdur ki, bir insanın digərini təkfir etməsi halal deyildir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir ki, kim digərinə “ey kafir” deyər və o elə olmazsa, elə o özü həmin dərəcədə olar. Kim digərinə “ey Allahın düşməni, ey kafir” deyər və dediyi həqiqət olmazsa, o söz deyənin özünə qayıdar.

Mənə gəldikdə isə, mənim barəmdə danışan hər bir kəsə halallıq verirəm. Bununla da savabı Allahdan diləyirəm. Allahın əlində olan, qulun əlində olandan daha çoxdur. Hər bir yaxşılıq üçün savab əldə etməyimi istəyirəm.

Allah Təaladan bu ölkədə və digər İslam ölkələrində olan müsəlman qardaşlarımızı doğru yola hidayət etməsini istəyirəm. Allahdan diləyirəm ki, bu ölkələrdə baş verən ziyan əməlləri, partlayışları və qətlləri bu fitnələrin sonuncusu etsin. Bu hadisələrdən sonra mübarək günlər, qardaşlıq, yaxşılıq və təqva üzərində yardimlaşma və səmimi tövbə etməsini nəsib etsin. Allah hər şeyə qadirdir.

Mənbə: ar.alnahj.net

Digər xəbərlər