Şeyx Muhamməd bin Hadi əl-Mədxali: İŞİD və digər xəvariclər terrorçudular! – VİDEO
2. 352 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Beləliklə, bizim övladlarımız və gənclərimiz aldadılır. Onlar, müxtəlif ərazilərə irəliləmək, amansız döyüşlər aparmaq üçün cavanlardan istifadə edirlər. Orda nə baş verdiyini yalnız Allah bilir! Yox, hələ bu harasıdır, özlərini “cihad” dəstələri adlandıran bu qruplaşmalar, bir-biri ilə vuruşur! İŞİD (İraq və Şam İslam Dövləti), İƏYİD (İraq və Ərəb Yarımadasında İslam Dövləti) qruplaşması ilə vuruşur, İƏYİD isə Əl-Qaida ilə vuruşur! Heç bilmirəm Əl-Qaidə kiminlə vuruşur! Vuruşur və insanları öldürürlər! Budur onların halı. Biz bunu öz gözlərimizlə görürük. Baş verənlərdən xəbərsiz deyilik. Hanı onların dəvət etdiyi İslam?! Hanı onların dəvət etdiyi “cihad”?!
Allah bu ümməti cihadla şərəfləndirib. Biz Cihad ümməti, Muhamməd ümmətiyik. Amma cihadın qaydaları, şərtləri, prinsipləri var və cihadın aparılma qaydalarına aydınlıq gətirən mütəxəssislər var. Rəhbər olaraq müharibə elan etməyə məsul olan insanlar var. Müsəlmanlar onları dinləməli və onlara tabe olmalıdır. Bu fərdlərə gəldikdə isə (İŞİD, İƏYİD, Əl-Qaidə və digər terrorçu qruplaşmalar), onlar insanları yalnız fitnə-fəsada çağırır. Onların “cihad” adlandırdığı, əslində elə fitnənin özüdür. Onlara xoşu gəlsə də, gəlməsə də, biz bunu ucadan deyəcəyik, bu fitnədir! Uca Allahdan övladlarımızı onların əsarətindən xilas etməsini diləyirik.
Rəhbərlərimizə bu torpaqlarda həqiqətləri izah etmək bacarığı verən Allaha həmd olsun. Onlar lap ilk gündən, cihad və terror arasındakı fərqi bəyan ediblər. Buna səbəb, Əfqanıstandan başlamış, Tunisə qədər, Türkiyənin sərhədlərinə qədər və Ərəb dünyasında İslam ümmətinə üz vermiş bu müsibətlərdir. Onlar bunu “cihad” adlandırır! Əslində isə bu cihad yox, fəlakət və sapqınlıqdan başqa bir şey deyil!
Allahım, bizləri qoru. Uca Allahdan, yolunu azmış müsəlmanları doğru yola yönləndirməsini, hər xeyir əməldə bizi müvəffəq etməsini və torpaqlarımızdan və bütün müsəlman torpaqlarından pislikləri uzaqlaşdırmasını və müsəlmanları hər cür şərdən qorumasını diləyirəm. Həqiqətən, Allah Səxavətli və Lütfkardır.