Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Şeyx Saleh əl-Luheydan: Fransada baş verən terror hadisəsinə münasibət

Noyabr 15
10:59 2015

“Sələf Xəbər” sizə Səudiyyə Ərəbistanın Qazilər Şurasının sabiq sədri müdrik alim Şeyx Saleh bin Muhəmməd əl-Luheydanın Fransada törədilmiş terror aktına olan münasibətini təqdim edir.

🎬

📥Yüklə (28.5 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Şeyx Fransada baş vermiş iyrənc terror hadisəsinə doğru münasibət necədir? Allah sizi xeyirlə mükafatlandırsın.

ər-Rəhman və ər-Rəhim Allahın adı ilə

Aləmlərin rəbbi Allaha həmd-səna olsun, əvvəlkilərin və sonuncuların ağası Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə, əshabına və onlara tabe olanlara Allahın salavatı və salamı olsun.

Biz baş verən bu iyrənc və təhlükəli cinayət haqqında eşitdik. Bu həqiqətən də iyrənc işdir. Belə iyrənc cinayəti nə İslamın, nə də Allaha həqiqi iman gətirən əməlisalehlərin adına yazmaq olmaz. Çünki bu iyrənc əməl xəyanətdir, şərdir, terrordur. Bu əməl siyasətə aidiyyatı olmayan dinc adamların: qadınların, uşaqların, yaşlıların haqsız qətlidir.

Hər bir aqil və insaflı müsəlman qeyri-şərtsiz bu əmələ etiraz edir.
Başda İki Haram diyarı ölkəsi (Səudiyyə Ərəbistan) olmaqla bütün müsəlman dövlətləri bu əmələ etirazlarını bildirmişlər. Bu elə bir cinayətdir ki, bunu hər bir aqil müsəlman etirazla qarşılamalıdır.

Uca Allahdan diləyirəm ki, fitnə-fəsad istəyənlərin hiyləsini və iyrənc işlərdə əlbir olanları ifşa etsin. Yardım yalnız Allahdandır.

Digər xəbərlər