Şeyx Ubeyd əl-Cabiri: Başqa ölkə rəhbərini təhqir etmək, söymək olarmı? – VİDEO
1. 532 dəfə baxılıb
“Sələf Xəbər” redaksiyası sizə mötəbər alim Şeyx Ubeyd əl-Cabirinin “Başqa ölkə rəhbərini təhqir etmək, söymək olarmı?” – sualına cavabını təqdim edir.
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: Bəzi gənclər başqa ölkələrin rəhbərləri əleyhinə danışırlar. Onlara belə etməmək barədə tövsiyə etdikdə deyirlər ki, “onlar bizim rəhbərlərimiz deyillər.” Biz onlara nə cavab verək?!
Cavab: Mən bir neçə ay öncə bizim Nəcdli qardaşlarımızdan birinə nisbət edilən belə bir fikir eşitmişəm. Sözün doğrusu mən onun həqiqətən belə fikri söylədiyini dəqiqləşdirmədim. Amma onu deyə bilərəm ki, bu fikir əsrimizin səhvlərindən biridir. Çünki yer üzündə elə bir ölkə yoxdur ki, orada emosiyalarına qapanan havadar insanlar olmasın. Buna görə də mən bunun icazəli olmadığını düşünürəm. Çünki bunun böyük fəsadları ola bilər.
Məsələn, əgər biz başqa ölkənin rəhbərini təhqir etsək və söysək, həmin ölkədə yaşayan öz emosiyalarına hakim olmayan, ağıldankəm axmaq kimsə bizim rəhbəri söyəcək, təhqir edəcək, hətta xəvariclərlə əlbir olub müəyyən həmlələr edə bilər.
Fəsadın qarşısını almaq şəriətin məlum qaydalarından biridir. Biz bu məsələ barədə bir neçə məclisimizdə ətraflı danışmışıq. Onlardan biri “Lə iləhə illəllah kəlməsinin şərtlərinin sübutlarının izah edilməsi yolunda Allahın asanlaşdırması” adlı məclisimizdir.