Şeyx Useymin: DÖVLƏT BAŞÇISINI PİSLƏYƏN RƏZİL OLAR! – VİDEO
5. 609 dəfə baxılıb
Şeyx Məhəmməd ibn Saleh əl-Useymin
Əbu Abdullah Məhəmməd ibn Saleh ibn Məhəmməd ibn əl-Useymin ət-Təmmi ən-Nəcdi, Hicri təqvimlə 1347-ci il Ramazan ayının 27-də, Miladi təqvimlə 1926-cı ildə Qassem əyalətinin Uneyzə şəhərində, məşhur dindar ailəsində dünyaya gəlmişdir.
O, Şeyx Əbdurrəhman əs-Saadi, Şeyx Muhamməd Əmin əş-Şankiti və Şeyx Əbdüləziz ibn Bəzz kimi görkəmli alimlərdən dərs almışdır.
Şeyx müəllimlik etməyə başlayanda, Səudiyyə Ərəbistanından və ölkənin xaricindən çoxlu sayda tələbə onun elmindən faydalanmağa başladı. O, dini məsələləri özünəməxsus tərzdə təfsir və şərh edirdi. Şeyx Useymin, İslama heç bir xurafat qatmayan və dinə kor-koranə əməl etməyən alimlərdən idi. O, dini məsələlərdə və analoji nəticələr çıxararkən güclü ictihad etməsi ilə fərqlənirdi. Bu isə, onun malik olduğu dini dərrakənin və qazandığı dini biliklərdən düzgün şəkildə istifadə etməsinin göstəricisi idi.
Onun fətvaları Qurandan və Sünnədən ərz olunan dəlillərə əsaslanırdı. Alimin təqribən 50-yə yaxın fətvalar toplusu mövcuddur. O, dinin əsaslarına, İmam Muhamməd ibn Saud İslam Universitetinin Qassem filialında Şəriət fakültəsində yiyələnmişdi. O, həmçinin, Krallığın Yüksək dərəcəli Alimlər Şurasının üzvü və Uneyzə şəhərinin böyük Məscidinin imamı və xatibi olub.
Şeyx, Hicri təqvimlə 1421-ci il Şəvval ayının 15-i, Miladi təqvimlə 2001-ci il yanvar ayının 10-u, 74 yaşında vəfat edib. Allah ona rəhmət etsin! Amin!
Mənbə: www.fatwa-online.com
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Əbu Bəkrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Kim sultanını (dövlət başçısını) pis göstərərsə, Allah da onu alçaldar.” (Səhih Sünən ət-Tirmizi, 2224).
Hədisin şərhində Şeyx Məhəmməd ibn Saleh əl-Useymin buyurur:
“Dövlət başçını pis göstərmək bir çox şəkildə olur:
– Bunlardan biri dövlət başçısı bir şeyi əmr etdikdə bu əmrlərlə istehza edib “baxın görün nə danışır?!” deməsi kimi.
– Həmçinin dövlət başçısı bir şey etdikdə, o insanda bunu xoşlamadıqda “baxın görün nə edir?!” deməsi kimi.
Bununlada dövlət başçısının əmrlərini insanlara pis göstərmək istəyir. Əgər belə olsa, insanlar onu pis görər və əmrlərinə tabe olmazlar, qadağalarından da çəkinməzlər. Buna görə də o kəs ki, insanlar arasında dövlət başçısının eyiblərini yayır, onu pisləyir, əksinə özü Allahın dərgahında pis olmaq təhlükəsi ilə üz-üzə qalır.
Çünki əgər bu cür məsələlərdə dövlət başçısını pisləyərsə, insanlar dövlət başçısına qarşı çıxar, ona asi olarlar. Beləliklə o, şərin yayılmasına səbəb olar. Bu əməlinə görə Allah onu alçaldar. Allahın ona verdiyi cəza ya bu dünyada, yaxud axirətdə mütləq olacaqdır. Çünki Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sözü haqdır. “Kim sultanı (dövlət başçısını) pisləyərsə, Allah da onu alçaldar.”
Kim dövlət başçısına kömək edərsə, Allah da ona kömək edər. Sən insanlara onun xeyir və yaxşılığını bəyan etsən, yəni, dövlət başçısına asilikdə deyil, itaət etməkdə onlara yardım etsən, yaxşılıqda, təqvada və xeyirdə yardım etsən bil ki, bu böyük bir xeyirdir.”