Şeyx Useymin: “Müsəlman qardaşlar” İslamı gözdən salır – VİDEO
1. 932 dəfə baxılıb
“Onlar xeyirdən çox fəsada səbəb olublar”.
“Sələf Xəbər” böyük alim Şeyx ibn Useyminin “Müsəlman qardaşlar” haqqında söylədiyi fikirləri təqdim edir:
SelefXeber.az saytının YouTube kanalına abunə olun
“Davranışlarında hikmətsizlik edən bu “Müsəlman qardaşlar” (ərəb. əl-İxvan-əl-Muslimun) təşkilatı peyda olandan bəri insanların gözündə İslamın nüfuzuna daha çox zərər gəlmişdir.
Mən əhali arasında partlayış törədib bunu “Allah yolunda cihad” adlandıranlar haqqında danışıram.
Həqiqət budur ki, onlar İslama və müsəlmanlara xeyirdən daha çox pislik ediblər. Onların “səmərəsi” nə olub?
Məgər bu etdiklərinin nəticəsində qeyri-müsəlmanlar İslama meyl etdilər? Yoxsa, İslamdan daha çox uzaq durdular? Təbii ki, İslamdan uzaq durdular.
Müsəlmanlara gəldikdə, onlar bu azmış dəstəyə aid edilməsinlər deyə az qalır üzlərini gizlətsinlər. İslam dini onlardan uzaqdır.
Cihad fərz ediləndən sonra səhabələr qeyri-müsəlman topluma daxil olub onları öldürməzdilər. Onlar heç vaxt belə iş görməyiblər. Heç vaxt……! Onlar yalnız döyüşməyə qüvvəsi olan rəhbərin əmri ilə bir bayraq altında açıq döyüşdə cihad edirdilər.
Allaha and olsun ki, günümüzdə axıdılan bu qanlar müsəlmanların adına nöqsandır. Çünki bu əməllərin səmərəsi də yoxdur, olan da deyil. Əksinə, bu İslam adına ləkə gətirməkdir.
Əgər biz hikmətli yol tutsaq, ilk növbədə özümüz Allahdan qorxsaq və nəfsimizi islah etsək, sonra isə başqalarını şəriətin tələblərinə uyğun islah etməyə çalışsaq, bunun gözəl səmərəsi olar”.