Sirri ifşa edən nə etməlidir? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)
Noyabr 17
19:01
2017
1. 172 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual: Günlərin birində din qardaşlarımdan birinə Qurani Kərimə əhd verib dedim ki, bu sirr bizim ikimizin arasında qalacaq, nə mən, nə də o, heç kəsə danışan deyilik. Lakin mən məcburiyyət qarşısında bu sirri yaxın bir qohuma açdım. Mən nə etməliyəm?
Cavab:
Sən uca və nöqsansız Allaha tövbə etməlisən. Çünki sirr əmanətdir. Bu işdə sənə vacib olan Allaha tövbə etməkdir. Sən sirrə xəyanət etməklə əmanətə xəyanət etmisən. Buna görə də mütləq tövbə etməlisən.
Əgər qardaşının sənə əmanət etdiyi sirri açmaqda qardaşına zərər toxunarsa, öz aranızda bunu həll edə bilməsəniz, məhkəməyə müraciət etməlisiniz.