Təbərrük üçün Quranı maşında saxlamaq olarmı? – Şeyx Saleh əl-Fovzan (VİDEO)
Fevral 02
20:12
2017
1. 864 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual:
Qardaşım əsasən başqa şəhərə səfərə çıxanda maşınına Qurani-Kərim qoymağı adət edib. Mən ondan bunu nə üçün etdiyini soruşduqda o dedi ki, BUNU EDIRƏM KI, MƏN EVIMƏ QAYIDANA QƏDƏR MƏNI QORUSUN.
Şeyx Saleh əl-Fovzan:
Belə etmək olmaz. Bu şəriətin qadağan etdiyi Təmimədir (talisman, həmayil).
Əgər Quranı oxumaq, yaxud kiməsə hədiyyə etmək üçün özü ilə daşıyırsa bu yaxşı bir işdir.
Amma Quran onu qoruyacaq deyə özü ilə aparması şəriətə görə icazəli deyil.
Bu əməli onu əqidəyə müxalif edə bilər. Çünki bu halda o həmayil bağlamaq kimi şəriətə müxalif əməl etmiş olur.