Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Terrorçu fikirlərin yayılmasının əsas səbəblərindən biri – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Mart 10
21:21 2017
🎬

📥Yüklə (9.0 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Təkfirdə həddini aşmağın və terrorçuluğun yayılmasının səbəbləri vardır. Həbs olunan terrorçular üzərində aparılan araşdırmalar və təcrübələr nəticəsində qəti olaraq bunun beş səbəbinin olduğunu söyləmək olar….

Səbəblərdən biri qəlbi cəmiyyətə qarşı zülmətlə dolduran kitabları oxumaqdır. Belə kitablar təkfirdə həddi aşmağı din və tövhid etiqadı kimi təqdim edir. Bu fikirlərə gözəl libas geyindirir.

Belə kitabların bəzisi təkfir düşüncələrini ehtiva edən kitablardır. Məsələn, Əbul Əla əl-Movdudi və Seyyid Qutbun kitabları kimi. Bu kitablar cəmiyyətə qara baxışlarla baxmağı, müsəlman cəmiyyətlərin mürtəd olduğunu, məscidlərə gedib namaz qılmağın insana heç bir fayda vermədiyini təlqin edir.

Bəzi kitablar isə məhz bu mövzuda təlif edilmişdir. Misal olaraq Əbu Muhəmməd əl-Məqdisinin kitablarını söyləmək olar.

Mən onun kitablarını oxuyub araşdırmış və iradlarımı bildirmişəm. Belə kitabları oxumaq qəlbi qaraldır və insanı bu azğınlığa sürükləyir.

Digər xəbərlər