Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Təziyə zamanı və ya qəbirləri ziyarət edərkən Quran oxumaq – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

İyul 19
20:20 2017
🎬

📥Yüklə (5.2 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual:
Təziyə zamanı, yaxud qəbiri ziyarət edəndə, ya da qəbirlərin yanından keçəndə ölülər üçün Quran oxumağın hökmü nədir?

Cavab:
Qəbirləri ziyarət edərkən Quran oxumaq şəriətə uyğun deyil. Bu zaman sünnədə gələn salam duasını oxumaq lazımdır.

[Əs-sələmu aleykum darə qovmin muminin və innə inşə Allahu bikum ləhiqunə nəs’əlullahə lənə və ləkumul-afiyə­tə]

«Ey (bu) diyarın mömin sakinləri! Sizə salam olsun! Allah istəsə biz də sizə qovuşacağıq. Allahdan özü­müzə və sizə salamatlıq diləyirəm!»

Qəbiri ziyarət edərkən “Allahım onları bağışla, rəhm et” – deyərək, dua edilir.
[Əs-sələmu aleykum əhləd-diyəri minəl-mu’miniynə vəl-muslimiyn və innə inşə Allahu bikum ləhiqunə.]

«Ey (bu) diyarın mömin və müsəlman sakinləri! Sizə salam olsun! Allah istəsə biz də sizə qovuşacağıq.”

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) əshabələrinə belə öyrədərdi. Onlara qəbirləri ziyarət edərkən belə deməyi öyrədərdi.
[Əs-sələmu aleykum əhləd-diyəri minəl-mu’miniynə vəl-muslimiyn və innə inşə Allahu bikum ləhiqunə.]

«Ey (bu) diyarın mömin və müsəlman sakinləri! Sizə salam olsun! Allah istəsə biz də sizə qovuşacağıq.”

Digər rəvayətdə isə bu sözlər də əlavə edilmişdir:
[və yərhə­mul­­lahul-mustəqdimiynə minnə vəl-mustə’xi­riynə].
“Allah bizdən əvvəl gedənlə­rə və qalanlara rəhmət etsin!”

Təziyə edərkən isə onlara bu ayənin məzmunu ilə təsəlli versin. “Səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər.” (əl-Bəqərə: 155-156).

Musibət zamanı səbri təlqin edən ayələri xatırlatmaq olar. İnsanlara nəsihət olsun deyə belə ayələri xatırlatmaq icazəlidir. Səbrə təşviq edən ayə və hədisləri xatırladıb vəz etmək olar.

Digər xəbərlər