Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Tövbə etməkdən yorulma – Şeyx Saleh əl-Fovzan

Fevral 10
20:10 2017
🎬

📥Yüklə (5.3 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual verən:
Sual verən insan deyir ki, o, davamlı olaraq böyük günahlar edir. Lakin böyük günahdan sonra dəstəmaz alır, iki rükət namaz qılır və Allahdan bağışlanma diləyir. Sonra yenidən günah edir. Yenə dəstəmaz alır, iki rükət namaz qılır və bağışlanma diləyir. O necə etsin?

Şeyx Saleh əl-Fovzan:
Həlli budur ki, o tövbə etsin və Allahın onu bağışlayacağından ümidini üzməsin. Tövbəni təkrar etsin. Hər dəfə günahı təkrar etdikcə, tövbəni də təkrar etsin. Tövbəni təkrar etməsi və Allahdan qorxması yaxşı əlamətdir.

Sual verən:
Həmin adam soruşur ki, onun belə etməsi dini ələ salmaq hesab olunurmu?

Şeyx Saleh əl-Fovzan:
Xeyr bu dini ələ salmaq sayılmır. Bu Allah qorxusundan irəli gələn haldır. Onun tövbəni təkrar etməsi, Allahdan qorxmasını və qəlbində sağlamlığın olduğunu bildirir.

Digər xəbərlər