Tövbənin mənası və mərtəbələri – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)
Yanvar 18
18:53
2018
4. 561 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Tövbə sözü qayıtmaq deməkdir. İnsanın Allaha asilik etməkdən əl çəkib, Allaha itaətə qayıtması tövbədir.
Ən böyük və ən önəmli tövbə, küfrdən tövbə edib imana gəlməkdir.
Uca Allah buyurur:
“Kafir olanlara de: “Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar.” (əl-Ənfal: 38).
Tövbənin ikinci mərtəbəsi, böyük günahlardan Allaha tövbə etməkdir.
Üçüncü mərtəbəsi isə, kiçik günahlardan Allaha tövbə etməkdir.
İnsana vacib olan budur ki, bütün növ günahlardan Allaha tövbə etsin.