Xəstənin qiblənin əksinə namaz qılması – Şeyx Saleh əl-Liheydan
1. 539 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Sual:
Şeyx, Allah sizi xeyirlə mükafatlandırsın. Qiblə olmayan istiqamətdə yatmış xəstənin çarpayısını qibləyə tərəf yönəltmək lazımdırmı?
Qeyd edim ki, çarpayının qibləyə çevrilməsi üçün bəzi tibbi avadanlıqları enerji qaynağından ayırmaq lazımdır. Allah sizi xeyirlə mükafatlandırsın.
Cavab (Şeyx Saleh əl-Liheydan):
Namazda, ələlxüsus Fərz namazda qibləyə yönəlmək vacibdir. Lakin bu vaciblik bacarıqdan asılıdır. Allah buyurur: “Allahdan bacardığınız qədər qorxun.” (ət-Təğabun: 16).
O həmçinin bizə (əl-Bəqərə: 144) əl-Həram məscidi istiqamətinə yönəlməyi əmr etmişdir.
Əgər qibləyə yönəlməklə insana zərər dəyəcəksə, hətta düşməndən qaçıb canını qurtarmaq istəyən adam namazı gecikdirəcəyinə görə narahat olarsa, olduğu istiqamətdə – qibləyə yönəlmədən namazını qıla bilər. Rəbbimiz dində bizə heç bir çıxılmaz vəziyyət qoymamışdır.
Əgər xəstə qibləyə yönələcəyi halda sağlamlığına ziyan gələcəyindən, yaxud əks təsiri olacağından ehtiyat edərsə, qiblə olmayan tərəfə namaz qıla bilər.