Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Zarafatla yalan danışmaq – Şeyx Əbdüləziz bin Bəzz

Mart 20
17:25 2017
🎬

📥Yüklə (4.7 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual:
Dostlarla zarafat edib, deyib gülərkən yalnız gülmək və zarafat məqsədi ilə yalan danışılır. Bu haqda bizə nə tövsiyə edərdiniz?

Şeyx Əbdüləziz bin Bəzz:
Nə müsəlman kişiyə, nə də müsəlman qadına yalan danışmaq icazəli deyil. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “İnsanları güldürmək üçün yalan danışana vay olsun. Vay olsun, vay olsun onun halına.”

Vay olsun sözü əzab haqqında vəddir.

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) də insanları güldürmək üçün yalan danışan haqqında “vay olsun onun halına” deyir.

Əziz qardaşım sənə bu işdən əl çəkmək vacibdir. Hər bir müsəlman da belə bir işdən uzaq olmalıdır.

Həm ciddi halda, həm də zarafat halında bundan əl çəkmək vacibdir.

Digər xəbərlər