Sələf Xəbər


İSLAMIN SƏSİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Zül-Qadə ayında nə etməliyik? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

İyul 25
19:56 2017
🎬

📥Yüklə (6.0 mb)

SelefXeber.az saytının YouTube kanalına abunə olun

Sual:
Sualda deyilir ki, biz Zül-Qadə ayındayıq, bildiyimiz kimi bu ay həm həcc, həm də haram aylardandır. Sualım budur ki, dinimiz bu ayda bizə nə etməyi əmr edir? Bu ayın özəlliyi varmı?

Cavab:
Sizin də buyurduğunuz kimi, bu ay haram aylardandır. Uca Allah islamdan öncə haram aylarda döyüş etməyi haram etmiş, İslam dini gəldikdən sonra Allaha həmd-səna olsun ki, din bütünlüklə əminamanlıq, iman oldu.

Bu gün müsəlmanlar onları hər tərəfdən əhatə edən təhlükəni diqqət mərkəzində saxlamalıdırlar. Bilmək lazımdır ki, bu fikirlər və şərlər əvvəlki vaxtlardan fərqli olaraq, gizli yollar və dəqiqliklə təbliğ edilir. Ona görə də bu kimi fikirlərin şərrini və təhlükəsini aşkar edib onlara qarşı olan haqqı bəyan emtəklə mübarizə aparmaq daha böyük önəm kəsb edir.

Uca Allah buyurur: “De: “Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!”” (əl-İsra: 81).

“Xeyr, Biz batili haqla (küfürü imanla) rədd edərik (haqqı batilin təpəsinə atarıq) və o da onu (batili) yox edər…” (əl-Ənbiya: 18).

Allaha şükr olsun ki, bizim əlimizdə bu fikirləri və müsəlmanların əleyhinə qurulan bu işləri məhv edən silahımız vardır. Bizim əlimizdə səmadan, Allah dərgahından nazil olan HAQQ vardır. Batil haqqa qalib gələ bilməz. Lakin haqq onu daşıyan insanlara ehtiyac duyur. Onlar bu haqqı sadiqlik və əmanət olaraq daşımalıdırlar. Əgər onlar bu haqqı sadiqlik və əmanət olaraq daşısalar, haqqın önündə heç bir batil dayana bilməz.

Allaha şükür olsun ki, bizim Qurandan, sünnədən və saleh sələflərimizin həyatından bu kimi fikirlərə qarşı mübarizə aparacaq kifayət qədər əsaslarımız vardır.

Digər xəbərlər