“Əl-Nüsra” lideri: İŞİD-in “xilafəti” qeyri-qanunidir
916 dəfə baxılıb
Çünki bu “xilafət” İslam qanunlarına söykənmir”.
“Əl-Qaidə”nin Suriya qolu olan “əl-Nüsra” terror qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culani, İŞİD terror xəvaric qruplaşmasının ötən il elan etdiyi “xilafəti” qeyri-qanuni olaraq qiymətləndirib və hazırda, ya da gələcəkdə İŞİD terror xəvaric qruplaşmsı ilə bir razılaşma ehtimallarının olmadığını deyib.
“Sələf Xəbər” Türkiyə mediasına istinadən bildirir ki, “əl-Qaidə”nin Suriya qolu olan “əl-Nüsra” terror qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culani bunları “əl Cazirəyə” danışıb.
Culani, “Bu an, ya da gələcək zaman kəsiyində onlarla aramızdakı problemə bir həll yoxdur. İnşallah, özləri Allah qarşısında peşman olub, ağıllarını başlarına yığarlar”- deyib.
Culani, İŞİD terror xəvaric qruplaşmasının təkcə bir münaqişədə “Nüsra” terror qruplaşması sıralarındakı 700 nəfəri öldürdüyünü, ölənlər arasında qadın və uşaqların da olduğunu bildirib. “Hazırda onlarla aramızda bir razılıq ola bilməz. İnşallah, peşman olub ağıllarını başlarına yığarlar və haqq yola qayıdarlar. Əks halda, müharibə etməkdən başqa çarəmiz qalmaz”.
Əbu Məhəmməd Culani, İŞİD terror xəvaric qruplaşmasının ötən il elan etdiyi “xilafət”in qeyri- qanuni olduğunu bildirib: ““Xilafət” elan etdilər, amma alimlər bunu qeyri-qanuni görüb rədd etdilər. Çünki bu “xilafət” İslam qanunlarına söykənmir”. İŞİD terror xəvaric qruplaşmasının İslamın yolundan çıxdığını bildirən Culani qeyd edib ki, onlar aldığımız əmrlərə tabe olmadılar, məscidlərdə insanları öldürdülər, bazarları bombaladılar. Culani, İŞİD terror xəvaric qruplaşmasının Suriya rejimi ilə həqiqi döyüşmədiyini də dilə gətirib.
Culani, “əl-Qaidə” terror qruplaşması ilə yollarınızı ayıracaqsınızmı sualına isə “Məsələ “əl-Qaidə”dən ayrılıb-ayrılmamaq deyil, hegemonluğa qarşı çıxmaqdır” cavabını verib. “Nüsra” terror qruplaşmasının üzvlərinin 30%-nin xarici olduğunu bildirən Culani, təşkilatın sıralarında Amerika, Rusiya, Çeçenistan və Asiya vətəndaşlarının da olduğunu vurğulayıb.
Sələf Xəbər: Məşhur İslam alimi, böyük hədisşünas Əbdül Mühsin əl-Abbaddan (Allah onu qorusun) “əl-Qaidə” qruplaşmasının üzvləri barəsində demişdir: “Onlar – şeytanın yolunda mücahiddirlər (vuruşanlardır)!”
Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.