Dekabr ayı üçün SUAL-CAVAB
3. 228 dəfə baxılıb
Bismilləhir Rahmənir Rahim
Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu!
Dəyərli oxucularımız “Sələf Xəbər” saytı Dekabr ayı üçün sualların cavablarını sizə təqdim edir.
Sizi maraqlandıran sualları bizə ünvanlayın.
SUAL – 024
Sual: Salam aleykum. sualim beledirki, ereb elifbasinda vav herfi incedir yoxsa qalin?
Allah size dunya ve axiret seadeti versin. Amin.Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Vav hərfi incə həriflərdən sayılır.
(خ ـ ص ـ ض ـ غ ـ ط ـ ق ـ ظ) bu hərflər daim qalındır.
(ا ل ر) bu hərflər isə bəzən qalın, bəzən isə incə olur.
Digər hərflər isə hamısı incə hərflərdir. Vav da bu növə aiddir.
Daha doğrusunu Allah bilir.
SUAL – 025
Sual: Salam aleykum. Sizden meslehet isteyirem. Meni uzaqdan taniyanlar ishde yeni ili tebrikleri deyirler. Aralarinda cavanlarida var yashlilarida var hansiki munasibetim onlarla uzaqdandi. Munasib anlarda izah ediremki yeni ili bayram kimi kecirmek olmaz.
O adamlar, hansi ki men bunu onlara izah ede bilmirem ona gore mene gunah yazilirmi?
Allah milletimize hidayet versin. Amin.Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz izah etməkdə çox yaxşı iş görürsünüz. Hər bir müsəlman bu bayramın məhz xaçpərəst bayramı olmasını insanlara çatdırmalıdır.
Anlada bilmədiyiniz insanlara görə isə sizə heç bir günah yoxdur.
Daha doğrusunu Allah bilir.
SUAL – 026
Sual: Salam aleykum. Sualim beledirki, yas meclisinde teblig niyyeti ile istirak etmek olarmi? Istirakcilara quran oxuyub tercume etmek olarmi?
Cazak Allahu xayranCavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Ümumiyyətlə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) din olaraq qayda qoymadığı hər-hansı əməli etmək də düzgün deyildir. Çünki bu halda siz dinə yenilik gətirmiş olursunuz. Ona görə bacardığınız qədər belə etməyin.
Məclis aparan mollalar heç olmazsa insanlar dindən xəbərdar olsunlar deyə Quranın tərcüməsini oxusaydılar bəlkə şəriətə müxalif etdikləri əməllərinin günahı biraz azalardı. Daha doğrusunu Allah bilir.
SUAL – 027
Sual: Salam aleykum. Meyidin yuyulmasi qaydasi necedir? Cazak Allahu xayran.
Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Meyitin yuyulması haqqında sizə faydalı bir məqaləni təqdim edirik.
1. Meyidin yuyulması və kəfənlənməsi qaydası
Meyidin yuyulması və kəfənlənməsi qaydasını bilmək fardu-kifayədir . Bəzi müsəlmanlar onu yerinə yetirə bilsə, bəsdir. Digərlərinin bunu bilməməsi günah deyil.
2. Meyidi kimlər yuya bilər?
Meyidi yuyan şəxsin müsəlman, etibarlı, inanılan və qüsl qaydalarını bilən olması şərtdir. Ölən şəxs kişidirsə, onun yuyulması kişilərə həvalə olunur. Zövcəsindən başqa onu heç bir qadın yuya bilməz. Yalnız həyat yoldaşı öz ərinə qüsl verə bilər. Əgər ölən şəxs qadındırsa, onu qadınlar yumalıdırlar. Kişilərdən isə yalnız əri ona qüsl verə bilər. Əgər ölən şəxs yeddi yaşına çatmamış uşaqdırsa, onu bütün qadın və kişilər yuya bilər3. Qüsl verərkən hansı sudan istifadə edilməlidir?
Su təmiz olmalıdır. Daha yaxşı olar ki, soyuq su olsun. Lakin ehtiyac duyulan zaman isti sudan istifadə etmək olar. Məsələn, meyidin üzərindəki kiri aparmaqdan ötrü və ya şaxtalı havada isti su ilə qüsl vermək caizdir.4. Meyidə harada qüsl vermək olar?
Qüsl verilən yerin imkan daxilində ev və ya çadır kimi gözlərdən uzaq və qapalı olması məqsədə uyğundur.5. Meyidə qüsl verməzdən əvvəl nə etmək lazımdır?
Meyidi göbəkdən dizə qədər örtmək vacibdir. Sonra paltarı çıxardılır və ayaqları maili formada olan yuyulacaq taxta qoyulur ki, su oradan axsın və qıraqlara tökülməsin.6. Kimlər yuyulmada iştirak edə bilər?
Bu zaman meyidi yuyan şəxs və ona kömək edənlər iştirak edə bilər. Qalanlarının isə orada olması bəyənilmir.7. Qüslün forması
İlk öncə yuyucu meyidin başını özünün oturduğu yerə yaxın etməlidir. Sonra isə əlini meyidin qarnına sürtməli və onu sıxmalıdır ki, güman edilən hər şey bədəndən tamamilə xaric olsun. Sonra isə yuyucu bir parçanı əlinə sarıyır və meyidi təmizləməyə başlayır. Sonra isə su ilə yuyur. Daha sonra qüslə niyyət edir, “bismilləh” deyir. Namaz üçün alınan dəstəmaz kimi dəstəmaz aldırır. Lakin bunun bir fərqli cəhəti var ki, ağıza və burna su alınmır. Yuyucunun yaş barmaqları və yaxud nəm bir parça ilə meyidin dişlərinə və burun dəliklərinə sürtməsi kifayətdir. Meyidin ağzına və burnuna su daxil olmamalıdır. Daha sonra meyidin başı və saqqalı sidr və ya sabun köpüyü ilə yuyulur. Əvvəlcə kürəyinin sağ tərəfi, sonra isə sağ əli, sağ çiyni və sinəsinin sağ tərəfi, sağ böyrü, sağ budu, baldırı və ayağı yuyulur. Sonra isə sol tərəfə çevirirlər ki, kürəyinin sağ tərəfi yuyulsun. Eyni qayda ilə də, meyidin bədəninin sol tərəfləri yuyulur. Meyidi yuyan şəxs sidrdən və ya sabundan istifadə edə bilər. Yaxşı olar ki, yuyan zaman parçadan istifadə edilsin.8. Qüslün sayı
Təmizlik əldə edilirsə, bir dəfə qüsl vermək kifayətdir. Meyidi üç dəfə də yumaq olar. Əgər təmizlik əldə edilmirsə, meyidi yeddi dəfəyə qədər qüsl etmək olar . Axırıncı dəfə qüsl verərkən kafurdan istifadə etmək müstəhəbdir. Çünki, o, meyidin bədənini bərkidir, təmizləyir və soyudur. Həmçinin kafurdan sonda istifadə edilir ki, onun izi qalsın.9. Qüsldən sonra meyidə nə edirlər?
Meyit paltar və ya bir parça ilə qurulanır, bığlarının uclarından götürülür, dırnaqları uzanıbsa, tutulur. Qoltuq altı tüklər təmizlənir və meyitlə birgə kəfənə qoyulur. Qadının saçlarına isə üç yerdən hörük vurularaq kürəyinə uzadılır.10. Üzürlü səbəbdən meyidi yumaq mümkün olmasa, nə edilir?
Suyun olmaması ucbatından və ya kəsik və yanıq olduğundan, yuyulması ilə parçalanacağı ehtimalı varsa və ya ölən şəxs qadın olarsa və orada həmin qadının əri yox, yad kişilər olarsa, yaxud əksinə ölən şəxs kişi olarsa və orada həmin kişinin zövcəsi yox, başqa qadınlar olarsa, meyit bu hallarda məsh edənin əlində dəsmal və ya əlcək kimi bir ayırıcı olmaq şərti ilə meyidin üzü və ovucları torpaqla məsh edilərək təyəmmüm edilir. Meyidin bəzi hissələrinin yuyulması çətin olduqda, mümkün olan yerləri yuyulur, qalan yerlər üçün isə təyəmmüm edilir.11. Qüsldən sonra meyidi yuyan şəxs nə etməlidir?
Meyidi yuyan şəxsin sonra qüsl alması bəyənilir. Lakin, bu vacib deyil.
Daha doğrusunu Allah bilir.
SUAL – 028
Sual: Salam aleykum. Suallarim beledir
Zohrun ferzinden sonra yemek yeyib sonra 2 ruket son sunneti qilmaq olarmi?
Qadin qurani evinde başı aciq oxuya bilermi?\’
Qurbeten illelah\’ sozunun menasi nedir?
Cazak Allahu xayran.Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu!
– Zöhr namazından sonra yemək yeyib sonra sünnət namazını qıla bilərsiniz.
– Bəli qadın Quranı başıaçıq halda oxuya bilər.
– Sizin “Qurbeten illelah” kimi ifadə etdiyiniz söz əslində belə ifadə olunmalıdır “Qurbətən ilə Allah” yəni, Allaha yaxınlaşmaq üçün. Sizin yazdığınız ifadədə isə hərf səhvlərinə görə məna dəyişir və “Allahdan başqasına yaxınlaşmaq” mənasını verir. Bu isə məlumdur ki, düzgün ifadə deyil.
Daha doğrusunu Allah bilir.
SUAL – 029
Sual: Salam aleykum. Bir namazi qilmaq niyyeti ile destemaz alib namaza durmusam. Namaza başlamazdan evvel niyyeti qelbimden yeniden kecirmeliyemmi?
Cazak Allahu xayran.Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Siz namaza başlayarkən ürəyinizdə hansı namazı qıldığınızı bilirsinizsə kifayətdir. Yəni siz namaza başlayarkən qəlbən buna hazır olmalısınız, bu isə öz növbəsində sizin hansı namazı qılmaq istədiyinizi ürəyinizdən keçirməyinizlə olmalıdır.
Daha doğrusunu Allah bilir.
SUAL – 030
Sual: Salam aleykum. Men 15 gunluk islemeye gelirem (Sumqayitdan Sangacala). Kecen aydaki cavabdan bildimki men sefer namazi qilmaliyam.
Sualim beledirki, eger ishde camaat namazi qisaldilmirsa ( cunki yaxindan gelenlerde var) mende qisaltmiram ve sunnet namazlarida qilmaga vaxtim varsa ve bu namazlari qiliramsa bele etmek caizdirmi?
Cazak Allahu xayran.Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Camaat namazı qısaltmırsa, sizdə camaatla qılanda onlar kimi tam qılın.
O ki qaldı sünnətlərə siz onları qılmayın. Çünki səfərdə onları tərk etmək sünnəyə uyğundur deyə, bu daha əfzəldir, üstündür.
Amma siz nafilə, könüllü (2+2+++) namaz qıla bilərsiniz.
Daha doğrusunu Allah bilir.