Sələf Xəbər


SON XƏBƏRLƏR, SUAL-CAVAB

 Son Xəbərlər

Noyabr ayı üçün SUAL-CAVAB

Dekabr 01
20:35 2015

Bismilləhir Rahmənir Rahim

Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu!

Dəyərli oxucularımız “Sələf Xəbər” saytı Noyabr ayı üçün sualların cavablarını sizə təqdim edir.

Sizi maraqlandıran sualları bizə ünvanlayın.

SUAL – 017

Sual: Salam aleykum. Sualim beledir: Bir gun erzinde hansi nafile namazlari var? Xahiw edirem butun nafile namazlarinin vaxtinida yazardiniz. Allah size dunya ve axiret seadeti bexw etsin. Amin!!! Salam aleykum.

Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Gün ərzində nafilə namazlar belədir:
Fərz namazlardan öncə yaxud sonra qılınan namazlar vardır ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bunları daim qılar və qılmağı tövsiyə edərdi. Zöhrdən öncə dörd (2+2), sonra iki, məğribdən sonra iki, İşadan sonra iki, sübhdən öncə iki rükət. Cəmi sayı 12 rükət edir. Bu nafilə namazlar ratibə sünnətlər adlanır.
Əsrdən öncə dörd (2+2), məğribdən və işadan öncə iki rükət də qılmaq olar. Bu namazlar isə nafilədir, ratibə (daim qılınması tələb olunan) deyil.
Azan və iqamə arasında iki rükət qılmaq, məscidə daxil olarkən iki rükət salam namazı qılmaq da nafilədir. Səhər gün çıxdıqdan 20 dəqiqə sonra İşraq, yaxud günortaya 1, 2 saat qalmış qılınan Duha namazını da bura əlavə etmək olar.
Daha doğrusunu Allah bilir.

SUAL – 018

Sual: Salam aleykum. Sualim beledirki, eger orucluq ayinda evime qonaq gelibse ve ustelik qonaq cahildir ve oruc tutmayibsa ona yeyib icmek vermek mene gunah qazandirirmi? Cazak Allahu xayran.

Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Müsəlmanın Ramazan ayında oruc tutması vacibdir və oruc vaxtı yemək, içmək və orucu pozan işləri etmək haramdır. O cümlədən oruc vaxtı yemək təqdim etmək də qadağandır.
Daha doğrusunu Allah bilir.

SUAL – 019

Sual: Assalamu aleykum. Bir baci soruwurki nafile oruc tutarken erinden icaze aldigi kimi, nafile namaza gorede erinden icaze almalidirmi? Cazak Allahu xayran.

Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Nafilə namaz üçün ərindən icazə almaq lazım deyil. Çünki namaz az vaxt tələb edir və ərin maraqlarına mane olmur.
Daha doğrusunu Allah bilir.

SUAL – 020

Sual: Assalamu aleykum. Sualim beledirki, can üstünde olan adami hansi veziyyetde uzatmaq lazimdir? Cazak Allahu xayran

Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Can üstündə olan adamın necə uzadılması haqqında şəriətin bir əmri yoxdur. Lakin arxası üstə uzatmaq daha məsləhətdir.
Daha doğrusunu Allah bilir.

SUAL – 021

Sual: Assalamu aleykum. Sualim beledirki, namazda sidiyini saxlaya bilmeyenin (xestelikden) namazi haqda ne deye bilersiz? Cazak Allahu xayran

Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu xəstəlikdən əziyyət çəkən insan hər namaz üçün bir dəfə təmizlənir. Paltarı batıbsa onu təmizləyir, yaxud dəyişir sonra dəstəmaz alıb namazı qılır. Dəstəmazdan sonra pozucu amil olsa da namazını qılır, çünki üzrlüdür. Yəni bir fərz namazı və sünnətlərini bir dəstəmazla qılır.
Daha doğrusunu Allah bilir.

SUAL – 022

Sual: Assalamu aleykum.
Birinci sualim beledirki, Sumqayitdan Siyezene qonaq gediremse sefer namazi qilmaliyam?
Ikinci sual: 15 gunluk ishlemeye gediremse (Sumqayitdan Sanqacala) sefer namazi qilmaliyam? Cazak Allahu xayran.

Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, hər iki halda siz müsafirsiniz. Dörd rükətli fərz namazları qısaldıb iki rükət qılırsınız. Sünnətləri də qılmırsınız.
Daha doğrusunu Allah bilir.

SUAL – 023

Sual: Assalamu aleykum. Sualim beledirki, sübh ezaninda \”essaletu xayrul minen nevm\” deyilmelidir. Yoxsa bu namaza 1 saat qalmiw deyilmelidir. Cazak Allahu xayran.

Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu!
“Əssalatu xayrun minənnovm” sözləri sübhün vaxtı girəndən sonra oxunan azanda, yəni ikinci azanda deyilir.
Daha doğrusunu Allah bilir.

Digər xəbərlər