Yanvar ayı üçün SUAL-CAVAB
3. 452 dəfə baxılıb
Bismilləhir Rahmənir Rahim
Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu!
Dəyərli oxucularımız “Sələf Xəbər” saytı Yanvar ayı üçün sualların cavablarını sizə təqdim edir.
Sizi maraqlandıran sualları bizə ünvanlayın.
Sualları Beynəlxalq Mədinə İslam Universitetinin məzunu Abdurrahim Muradlı cavablandırıb.
SUAL – 031
Sual: salam aleykum. Qamet qardash, Allah sizi qorusun, ALlah size sebr versin. Allah ikiuzlulerden dunyada analoqu olmayan paxil devetcilerden dinimizi temizlesin. Siz ALlahin Azerbaycan xalqina lutfusuz. Allah sizi en yuksek dereceleri nesib etsin hem dunyada hem axiretde. hemdler olsun Allaha size gore. Allah olkemizi emin amanilgimizi qorusun.
Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Allah razı olsun. Allah təala Quranı və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsini xalqımıza olduğu kimi çatdırmağa müvəffəq etsin.
SUAL – 032
Sual: Əssalamaleykum va rahmatullah. Sizdən xahiş edirəm, əgər imkan varsa, bu saytı elə düzəldin ki,sayt mobil telefonun monitoruna avtomatik uygunlaşsın. Yəni saytdakı hər hansı bir xəbər yaxud sayt özü telefonda komp. versiyasında açılır. Bu da xəbəri oxuyanda çox çətinlik yaradır, məcbur olursan hər sətiri sağa-sola çəkib oxuyursan ki, bu da gözə çox yorucu olur. Yəqin ki,məni başa düşdünüz.
Allah razı olsun.Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! İnşallah çalışarıq bu istiqamətdə olan problemi həll edərik.
İrad və təklif bildirdiniz üçün təşəkkür edirik.
SUAL – 033
Sual: Salam aleykum. Sualim beledeirki, eger biliremse ki, isha namazini tek veya qardashimla evde qilacam. Bu halda namazi vaxtinda qilaq ya yatanacan gecikdirmek olar?
Cazak Allahu xayran.Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Ümimiyyətlə fərz namazların ilk vaxtında qılınması daha yaxşıdır. Lakin İşa namazında fərqlidir. Peyğəmbərimizdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunan hədisdə İşa namazını gecənin yarısına qədər gecikdirmək daha əfzəl hesab olunur. Daha doğrusunu Allah bilir.
SUAL – 034
Sual: Salam aleykum. Sualim beledirki, sesli namazlarda imam \”Bismillehir Rahmenir Rahim\”dedikde (Fatiheden qabaq ve sonra hansisa bir sureni oxuduqda) sessiz deyir. Bu halda camaatda \”Bismillehir Rahmenir Rahim\” demelidirmi?
Cazak Allahu Xayran.
Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Bəli imamın arxasındakılar “Bismilləhir rahmənir rahim” sözlərini deyir. Daha doğrusunu Allah bilir.
SUAL – 035
Sual: Salam aleykum. Bildiyime gore qadinlar bawiaciq Qurani Kerimi oxuya bilerler.
Sualim beledirki, eger secde ayesi oxunarsa secde etmek ucun bash baglanmalidir?
Cazak Allahu Xayran.Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Xeyr, qadının tilavət səcdəsi edərkən başını bağlaması şərt deyil. Quranı başıaçıq oxumaq icazəli olduğu kimi, tilavət səcdəsini də başıaçıq etmək icazəlidir. Daha doğrusunu Allah bilir.
SUAL – 036
Sual: Salam aleykum. Suallarim beledirki,
1) Eger destemaz almaga bawlayarken Bismilleh demeyi unutmuwamsa destemazim sehihdirmi?
2)Azan verilib qurtarana yaxin son kelimelere yetiwmiwemse, ewitmediyim kelimeleri tekrarlayib sonra dua edimmi?
3)Megrible Isha namazlari arasinda nafile namazi varmi? Varsa hansi namazdir ve nece ruketdir?
4)Azerice dini kitab oxuyarken delil meqsedi ile erebce ayeler verilir. Bu ayeleri erebce destemazsiz oxumaq olarmi?
5)Bildiyime gore yatmazdan evvel Mulk ve Secde surelerin oxumaq lazimdir. Eger bu sureleri ezberden biliremse, ezber deyim yoxsa qurandan oxuyum (her herife duwen savaba gore)?
6)Covweni kebir deyilen bir dua kitabi var onu oxumaq caizdirmi?
7)Biri Allah tealanin rizasi ucun malindan xercleyir. Bunu islamin, muselmanlarin gozelemel sahibioldugunu teblig niyyeti ile bawqalarina bildirmek olarmi? Bildiyime gore gizli emelin savabi daha coxdur.
8) Bir baci evveller hizmet qruplari adlanan qadinlarin dini sohbetlerinde iwtirak edib. Onlar orada quran oxumaq oyrenir, tefsir oxuyur, birde covwen dediyim duani oxuyurlar. Indide o qadinlar onu defelerle devet edirler. Getse yaxwidir ya getmesin?Allah teala size dunya ve axiret seadeti versin. Amin.
Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! 1. Dəstəmazın əvvəlində bismilləh deməsəniz dəstəmazınız səhihdir, lakin savab itirirsiniz.
2. Siz eşitdiyiniz sözləri təkrar edin, azanın əvvəlində başlayıb təkrar etməyin.
3. Məğriblə İşa namazı arasında xüsusi nafilə namazı yoxdur. Yəni siz ümumi anlamda olan nafilə namazı qıla bilərsiniz. Yəni zöhrdən sonra qıla biləcəyiniz adi nafilə namazını qıla bilərsiniz. Bəzi hədislərdə məğriblə işa namazı arasında xüsusi nafilə namazı qılınması haqqında deyilib, lakin bu hədislər olduqca zəifdir. Ona görə də əməl edilmir.
4. Tərcümə edilmiş kitabdakı ayələri dəstəmazsız oxuya bilərsiniz.
5. Əgər dediyiniz surələri əzbərdən bilirsinizsə əzbərdən oxuyun. Həm oxudğunuza, həm də əzbərdən dediyinizə görə savab qazanacaqsınız..
6. Cövşəni kəbir adlı dua səhih sünnədə yoxdur. Bu uydurma bir “duadır”. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) belə bir dua oxumamışdır. Ona görə də sizin də oxumağınız düzgün deyildir.
7. Əgər xərcləyən adam özü bunu deyirsə olmaz. Amma əgər bunu başqa adam deyirsə eyb etməz. Yəni özü desə əməlini göstəriş üçün etmiş sayılacaq. Bu isə əməlinin batil olmasına, təkəbbürlüyə səbəb ola bilər.
8. Yaxşı olar ki, elə məclislərə getməsin. Çünki Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsindən olmayan bir məclisdə xeyir-bərəkət olmaz. Daha doğrusunu Allah bilir.
SUAL – 037
Sual: Salam aleykum. Bir qardaw soruwurki, saqqala gore atasi gedib bawqa oglunun evinde qalir. Deyirki eger saqqalini qisaltmasan eve qayitmayacam. Qardaw soruwurki bu halda ne etmelidir?
Cazak Allahu Xayran.Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Həmin qardaş atasına qarşı xoş münasibət bəsləsin, ona qarşı kobudluq, xoşagəlməz söz, yaxud hərəkət etməsin. Atasının qəlbinin yumuşalması üçün Allaha dua etsin. Daha doğrusunu Allah bilir.
SUAL – 038
Sual: Salam aleykum. Sualim beledirki bir qardash, zekat vermeyinden 1 il kecmemis elinde olan pula ev alibsa ve o evde yasamirsa, il tamam olanda eve xerclediyi puldan zekat vermelidi?
Cavab: Va aleykumus salam va rahmatullahi va barakatuhu! Əgər evi ticarət məqsədi ilə alıbsa, zəkatını verməlidir. Ticarət məqsədi üçün almayıbsa ona zəkat düşmür. Əlində qalan pulun zəkatını çıxartması kifayət edir. Daha doğrusunu Allah bilir.