LƏ İLƏHƏ İLLƏLLAH şərtlərinin izahı – Şeyx Saleh bin Fovzan əl-Fovzan
10. 872 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Elm – Bilmək: Lə iləhə illəllah kəlməsinin mənasını bilmək, əksi isə bu sözün mənası barədə cahil olmaq deməkdir. Bu sözü dili ilə deyib, lakin mənasını bilmirsə, bu adama “Lə iləhə illəllah” kəlməsi fayda verməz.
Lə iləhə illəllah kəlməsinin mənası nədir?
“Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur.” Bu kəlmənin mənası uca və nöqsansız Allahdan başqasına ibadətin inkar edilməsidir.
Yəqin olmaq: Bu kəlmə haqqında insanın şəkk-şübhəsi olmamalıdır. Bəzi insanlar bu kəlməni bilir, lakin onun bu barədə şəkk-şübhəsi olur. Belə olmaz! İnsan mütləq “LƏ İLƏHƏ İLLƏLLAH” kəlməsinin mənası barədə yəqin olmalı və bunun haqq olmasını düşünməlidir.
Qəbul etmək: Qəbul sözü, rədd etməyin əks mənasıdır. Yəni, LƏ İLƏHƏ İLLƏLLAH kəlməsinin heç bir hüququnu və dəlalət etdiyi mənanı rədd etmək olmaz.
Təslim olmaq: Heç bir şəriki olmayan Allaha ibadət etmək və əmrlərinə təslim olmaq bu kəlmənin dəlalət etdiyi mənadır. Madam sən LƏ İLƏHƏ İLLƏLLAH kəlməsini etiraf edib şəhidlik etmisən, demək sən bu kəlmənin hökmlərinə və dinə təslim olmalısan. Amma sən LƏ İLƏHƏ İLLƏLLAH deyir, Allahın və dininin əhkamlarına təslim olmursansa, LƏ İLƏHƏ İLLƏLLAH sənə fayda verməz.
Sadiqlik: Əks mənası yalandır. Münafiqlər LƏ İLƏHƏ İLLƏLLAH deyirlər, lakin onlar qəlblərində yalançıdırlar. Onlar bu kəlməsinin mənasını etiqad etmirlər.
İxlaslı olmaq: Bu kəlmənin əksi şirkdir. Bəzi insanlar LƏ İLƏHƏ İLLƏLLAH kəlməsini söyləyir, lakin Allaha şərik qoşmağı tərk etmirlər. Necə ki, bu gün qəbirlərə ibadət edənlər bunu edirlər. Onlara LƏ İLƏHƏ İLLƏLLA fayda verməz. Çünki bu kəlməsinin mənalarından biri, şirki tərk etməkdir.
Məhəbbət: Bu kəlməni və bu kəlməni deyənləri sevməli, onları özünə dost bilməlisən. O kəs ki, bu kəlmənin özünü, yaxud bu kəlməni deyənləri sevmirsə, bu kəlmənin ona faydası olmaz.