Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

ABŞ Husi qiyamçılarını vurdu

Oktyabr 13
17:38 2016

ABŞ ordusu Yəmən ərazisini atəşə tutub.

Selefxeber.az-ın məlumatına görə APA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, zərbələr Yəməndə yerləşən radiolokasiya qurğularına endirilib.

Ötən gün ABŞ-a məxsus esmines və onu müşahidə edən desant gəmisi üsyançı husilərin nəzarəti altında olan ərazilərdən raket atəşinə tutulub.

Pentaqon bununla bağlı cavab tədbirlər görüləcəyini bildirmişdi.

Sələf Xəbər: Bu kədərli fakt inqilabların, ümumiyyətlə, xeyir gətirmədiyinin, bir qayda olaraq, qanın axıdılması və vətəndaşların rifahının dağıdılması şəklində anarxiya ilə nəticələnməsinin aşkar sübutudur.
Görkəmli İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyirdi: “İnsanlar İslama kömək etmək arzusu, və rəhbərlərinin zəlalətdə və ya küfrdə olması bəhanəsi altında öz hökumətinə qarşı çıxdığı vaxt, görürük ki, belə çıxışlar baş verdikdə, əksinə, vəziyyət pisləşir, bu insanların istədiyi gözləntilər baş vermir. Hər şey əvvəlkindən daha da pisləşir. Bu dediklərimizə çox da dəlil sübut axtarmağa ehtiyac yoxdur Sadəcə bu çevrilişlərin və inqilabların baş verdiyi bütün ölkələrə baxın. İndi orada camaat hər şeyin əvvəlki kimi olmasını arzu edir.” (Dinlə “Şərh Bululuğ al-Məram”).

Bununla əlaqədar olaraq, İslam müsəlman-rəhbərə qarşı üsyan etməyi və müxalifətdə olmağı qəti surətdə qadağan edir, hətta əgər həmin rəhbər insanlara əzab verir və ədalətsiz hökm edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hökmdara qulaq as və tabe ol. Hətta əgər o sənin kürəyinə vuracaq və sənin əmlakını götürəcəksə belə, ona qulaq as və tabe ol.” (Muslim).

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930