Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Suriyada zədələnmiş Rusiya təyyarələrinin görüntüləri yayıldı – FOTO

Yanvar 05
16:48 2018

Rusiyalı jurnalist Roman Saponkov Rusiya Federasiyası Hava-Kosmik Qüvvələrinə məxsus təyyarələrin yerləşdiyi “Hmeymim” hərbi bazasından (Suriya) çəkilmiş bir neçə fotoşəkli dərc edib.

Selefxeber.az-ın məlumatına görə, “Oxu.Az” “Jurnalist”ə istinadən xəbər verir ki, bazanın atəşə tutulması nəticəsində, ilk məlumatlara görə, altı Su-24 bombardmançısı, bir Su-35C qırıcısı, bir ədəd An-72 nəqliyyat, bir ədəd An-30 kəşfiyyat təyyarəsi, Mi-8 helikopteri zədələnib.

Təmirdən sonra iki Su-24 bombardmançısı və Su-35C qırıcısı yenidən işə salınıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi yaraqlıların Suriyanın “Hmeymim” aviabazasında yerləşən Rusiya qüvvələrini bombardman etməsi barədə xəbəri təkzib etmişdi.

Xatırladaq ki, yanvarın 3-də Rusiyanın “Kommersant” qəzeti “Hmeymim”də Rusiyaya məxsus yeddi döyüş təyyarəsinin məhv edildiyi barədə xəbər yaymışdı.

📷

sam1

sam2

sam3

Digər xəbərlər