Rusiyanın 7 təyyarəsi məhv edilib

Yanvar 04
18:46
2018
2. 486 dəfə baxılıb
Dekabrın 31-də Rusiyanın Suriyadakı Hmeymim bazasına hücum olub.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu barədə informasiyanı “Komersant” qəzeti yayıb. Hücum nəticəsində 7 təyyarə məhv edilib. Məhv edilən təyyarələrdən 4-ü Su-24 bombardmançısı, 2-si Su-35C qırıcısı və biri An-72 hərbi nəqliyyat təyyarəsidir.
Hücum nəticəsində onlarla hərbçinin yaralandığı ehtimal edilir.