Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Sururilər və Qutbçular, yaxud sələfilik cildinə girmiş İxvanlar

Yanvar 26
18:01 2018

Məqalə Mədinə şəhəri Beynəlxalq İslam Universitetinin Hədisşünaslıq fakültəsinin  məzunu Qamət Süleymanovun göstərişləri və nəzarəti əsasında “Sələf Xəbər” redaksiyası tərəfindən hazırlanmışdır.

Zənnimcə “Müsəlman qardaşlar” təşkilatı (ərəbcə “İxvanul Muslimin”) XX və XXI əsrlərin ən nüfuzlu müsəlman siyasi təşkilatıdır. 1928-ci ildə məktəb müəllimi, sufi əqidəsinə mənsub olan Həsən əl-Bənnanın əsasını qoyduğu “Müsəlman Qardaşlar” təriqəti qısa müddət ərzində bütün dünya müsəlmanları arasında geniş populyarlıq qazandı. “Siyasi islamı” təbliğ edərək müsəlman cemiyetleri sosial və siyasi proseslərində fəal şəkildə iştirak edən ixvanlar (“Müsəlman Qardaşlar” təriqətinin ardıcıllarını qısa olaraq belə adlandırırlar) kifayət qədər qısa müddət ərzində bir çox müsəlman ölkələrində əsas siyasi müxalifətə çevrildilər. “Qardaşlığın” şöhrətinin kulminasiya nöqtəsi 2012-ci ilə təsadüf etdi. “Ərəb baharından” sonra ixvanlar Misirdə hakimiyyətə gəldilər, Liviya və Tunisin yeni hökumətlərində  nüfuzlu mövqeləri tutdular. Həmçinin ixvanlar və onların təsiri altına düşmüş siyasi müsəlman partiyalar, o cümlədən Türkiyə, Sudan, Qəzza zolağı (ixvanların “Həmas” partiyasının timsalında) və digər yerlərdə hökumət strukturlarında bərqərar oldular.

Bu yaxınlara qədər, ixvanlar ərəb körfəzi ölkələrində də nüfuz qazanmışdılar. Məsələn, müasir ixvanların dini lideri və “ərəb baharının” ideoloji təbliğatçısı Yusuf əl-Qərdavi bu günə qədər də Qətərin qeyri-rəsmi müftisi olaraq qalır.

Lakin, ixvanların şan-şöhrət dövrü uzun sürmədi. 2013-cü ildə Misirdə ixvanlar əleyhinə əks-inqilabi çevriliş həyata keçirildi və təşkilat rəsmi olaraq terror təşkilatı elan edildi. 2014-cü ildə Misir, BƏƏ və bir çox digər ölkələrin ardınca gedərək Səudiyyə Ərəbistanı da “Müsəlman qardaşlar” təriqətini terror təşkilatlarının sırasına daxil etdi.

Digər tərəfdən, “Müsəlman qardaşlar” təşkilatı ən gizli müsəlman dini təşkilatlarından biri hesab olunur. Bəzi tənqidçilər hesab edir ki, ixvanlıq əslində müsəlman ölkələrini zəiflətmək və onları xaosa qərq etmək üçün İslam əleyhinə sifarişçilərə xidmət edən əcnəbi bir layihədir (1).

Həmçinin məlumdur ki, mövcudiyyəti tarixi boyunca ixvanlar lazımi vaxtlarda gizli hərbiləşdirilmiş birləşmələrin qurulmasına və istifadəsinə əl atıblar. Beləliklə, ixvanlar bu məxfi hərbiləşdirilmiş dəstələrdən istifadə edərək, tez-tez müxtəlif növ terror aktlarını həyata keçirmiş və həmçinin öz siyasi rəqiblərinə sui-qəsd təşkil etmişlər. “Müsəlman qardaşlar” təriqətinin tərəfdarları ən böyük və uğurlu sui-qəsdi 1981-ci ildə Misir prezidenti Ənvər Sədata qarşı etdilər.

Lakin, əl-Qaidə və İŞİD terror xəvaric qruplaşması kimi bütün müasir esktremist xəvaric təşkilatlarının meydana gəlməsinin əsas səbəbinin məhz ixvanlar olduğunu çox az adam bilir. Həmçinin, bu xəvaric təşkilatlarının əksəriyyətinin, sələfi nəzəriyyələrinin təsiri altında ixvan ideologiyalarının mürəkkəb və kifayət qədər uzunmüddətli mutasiya prosesinin nəticəsi olduğunu çox az insan dərk edir.

2

Əymən əz-Zəvahiri – Müsəlman qardaşlar partiyasının keçmiş üzvü (solda), əl-Qaidə terror təşkilatının hazırki rəhbəri (sağda).

Əksər müasir müsəlman cərəyanlarının, həmçinin onlar arasında ən ekstremist cərəyanların mahiyyətini və ideologiyasını anlamaq üçün, bu prosesin öyrənilməsi çox mühümdür. Odur ki, biz Allahın iznilə bu prosesi təfsilatlı şəkildə təsvir və təhlil etmək istəyərdik.

 

İxvanların xəvaric ideologiyasının yaranması və bərqərar olunması

1952-ci ilin iyul ayının 24-ü Misirdə radikal yönümlü hərbi “Azad zabitlər” hərəkatının rəhbərliyi altında, podpolkovnik Camal Əbdül Nasirin başçılığı ilə hərbi çevriliş həyata keçirildi. Bu çevriliş nəticəsində kral Faruq devrildi, monarxiya ləğv edildi, Misir respublika elan olundu. Kral əleyhinə çevriliş, “Azad zabitlərin” yeni hökumətdə hakimiyyəti onlarla böləcəyinə və onların maraqlarını nəzərə alacaqlarına ümid edən esktremist “Müsəlman qardaşlar” təriqətinin dəstəyi ilə həyata keçirilmişdi.

Lakin, Camal Əbdül Nasir gələcək Misirin ixvanlarla bağlı siyasi baxışları ilə həmfikir deyildi, odur ki, keçmiş müttəfiqlər arasında münasibətlər sürətli şəkildə pozulmağa başladı. 1954-cü ildə ixvanların Əbdül Nasirə qarşı uğursuz sui-qəsdindən sonra, “Müsəlman qardaşlar” hərəkatı qəti surətdə qanunsuz elan olundu, sağ qalmış podpolkovnik isə ixvanlardan amansızcasına qisas almağa qərar verdi (2). Nəticə etibarilə, “qardaşlığın” minlərlə tərəfdarı həbs edildi. Onlardan bəziləri həbsxanalarda uzun müddət qaldı və işkəncələrə məruz edildi.

Əbdül Nasirə qarşı törədilmiş uğursuz sui-qəsddən sonra həbsə atılmış şəxslərdən biri də, müasir ekstremist-xəvariclərin gələcək ideoloqu Seyyid Qütb idi (1906-1966). Qütb, ömrünün demək olar ki, qalan hissəsini həbsxanada keçirir və 1966-cı ildə dövlətə xəyanətdə ittiham edilərək edam edilir.

qutb

Seyyid Qütb – Məhkəmə zalında

Seyyid Qütbün İslami təhsili yox idi və o heç İslam alimi olmağa namizəd də deyildi. O, sıravi, dünyəvi təhsil almış bir müsəlman idi və yalnış şəkildə düşünürdü ki, demokratik yolla hakimiyyətə gələrək cəmiyyətin vəziyyətini yaxşılaşdıracaq.  Lakin, o həbsxanaya düşdükdə və işkəncələrə məruz qaldıqda və alçaldıldıqda, fundamental islami biliklərə sahib olmadığı üçün, onun baxışları qəfil dəyişdi və radikallaşdı.

Məhz bu dövrdə o özünün ən məşhur, hətta qeyri-müsəlman mütəxəssislərin təsdiqi ilə bütün müasir xəvariclərin masaüstü kitabına çevrilən “Yoldakı nişanələr” (ərəbcə “Məalim fi ət-Tariq”) əsərini qələmə alır. Jurnalist Ceyson Byörk (Jason Burke) “Əl-Qaidə” kitabında yazır:

“Onun (Qütbün) 1966-cı ildə, edam edilməzdən az əvvəl yazdığı “Yoldakı nişanələr” kitabı, İslam radikalizminin klassik kitabına çevrilib” (“Əl-Qaidə”, Ceyson Byörk, səh. 364).

Öz yeni əsərində Qütb bütün müsəlman cəmiyyətlərini İslamdan çıxmaqda ittiham edir və “küfr liderləri və onların nökərlərinə” qarşı silahlı və zorakı mübarizəni təbliğ edir. Məsələn Qütb müasir müsəlman cəmiyyətlərini təkfir edərək (kafirlikdə ittiham edərək) deyir:

“Həqiqətən,  özlərini müsəlman adlandıran insanlar müsəlman deyil. Onlar sadəcə cahiliyyə dövrünün (islamdan əvvəlki politeizm dövrü – red.) qanunlarına müvafiq yaşayırlar” (“Yoldakı nişanələr”, səh. 185).

Digər, “Quranın kölgəsində” (“Fi Ziləl əl-Quran”) kitabında Seyyid Qütb bütün insanlığı, hətta namaz qılan müsəlmanları da kafirlikdə və mürtədlikdə ittiham edir:

“Bəşəriyyət tamamilə küfrə düşüb. Hətta dünyanın müxtəlif guşələrində minarələrdən müntəzəm olaraq çağıran və bu sözlərin mənasını dərk etməyərək “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur” sözlərini təkrarlayanlar da (söhbət məscidlərdə gündə 5 dəfə insanları namaza çağıranlardan gedir – red.). Axı onlar böyük günah içindədirlər və onların əzabı Məşhər Günü daha əzablı olacaq. Çünki, onlar həqiqəti biləndən və müsəlman olduqdan sonra mürtəd oldular və insanlara ibadet etməyə başladılar” (“Fi Ziləl əl-Quran”, 1057/2).

Seyyid Qütbün yuxarıda qeyd olunmuş zərərli bəyanatları ekstremist-xəvaric ideologiyalarının əsasını təşkil etdi və gələcəkdə terror aktlarının törədilməsi və günahsız insanların qanının tökülməsi üçün bəhanə oldu. Bununla əlaqəli olaraq, nüfuzlu sələfi alimləri insanları Seyyid Qütbün kitablarını oxumaqdan çəkindiriblər. Məşhur yəmənli alim, mərhum şeyx Muqbil ibn Hadi (Allah ona rəhmət etsin) Seyyid Qütb haqqında bunları deyib:

Seyyid Qütbün (Allah ona rəhmət etsin) “əz-Ziləl” və digər əsərlərinə gəldikdə isə, biz ümumiyyətlə onları oxumağı tövsiyyə etmirik, çünki bu kitablar, gənclər arasından bəzi insanların “Cəməət-üt-Təkfir”-in (digər müsəlmanları kafirlikdə ittiham edən qruplaşmalar – red.) ardıcıllarına çevrilməsinə səbəb olub” (“Fədaih və nəsaih”, 64) (3).

Tezliklə, Seyyid Qütbün yeni ekstremist və inqilabi əqidəsi “Müsəlman qardaşlar” hərəkatının bir çox tərəfdarları arasında, xüsusilə Əbdül Nasirin hökuməti tərəfindən təqiblərə məruz qalanlar arasında yayılmağa başladı.

Beləliklə, Qütbün radikal baxışlarının geniş vüsət almasından sonra, ixvanlar 2 əsas qrupa bölündülər:

Qutbçular – zorakı üsullarla hakimiyyətə gəlməyin tərəfdarı olanlar. Qutbçular hakimiyyətə gəlmək üçün seçkilərdə və seçki proseslərində iştirak etməyi haram və hətta “küfrün təzahürü” olaraq görür, çünki, onlar hesab edir ki, bununla müsəlman insan qanunlarının Allahın qanunları üzərində üstünlüyünü qəbul edir.

Bənnaçılar (Həsən əl-Bənnanın adından) – qeyri-silahlı və demokratik üsullarla hakimiyyətə gəlməyin tərəfdarları. Lakin, burda qeyd etmək lazımdır ki, bənnaçılar hakimiyyətə demokratik yolla, seçki prosesləri vasitəsilə gəlməyin tərəfdarı olsalar da, bu mümkün olmadıqda, onlar da qutbçular kimi çevriliş etmək və hakimiyyəti ələ almaq üçün terror və zorakı tədbirlərə əl atmağı icazəli görür. Buna dəlil hələ kral Faruqun dövründən bu günə qədər ixvanlarn hərbiləşdirilmiş dəstələri tərəfindən həyata keçirilən çoxsaylı sui-qəsdlər və terror aktlarıdır (4).

banna

1928-ci ildə orta məktəb müəllimi sufi Həsən əl-Bənna Müsəlman Qardaşlar hərəkatını təsis edir

 

Hətta ən yeni tarixdə də, biz Muhamməd Mursinin devrilməsindən sonra ixvanların Misirdə itirdikləri hakimiyyəti ələ almaq üçün müntəzəm olaraq zorakılığa və terrora əl atmasının şahidi oluruq.

Həmçinin ikinci vacib fakta diqqət yetirmək lazımdır: qutbçular və bənnaçılar müxtəlif üsullar və yanaşmalara sahib olsalar da, hər iki qruplaşmanın bir ümumi məqsədi var – hakimiyyətə gəlmək. Məhz bu səbəbdən, Əhli-Sünnə alimləri hər iki növ ixvanları xəvaric hesab edir.

 

Misirdən Səudiyyə Ərəbistanına “Böyük köç”

Misirdə dövlət çevrilişindən və Əbdül Nasirin hakimiyyətə gəlməsindən sonra, Səudiyyə Ərəbistanı və Misir arasında münasibətlər pisləşməyə başladı.
Əbdül Nasir sosialist pan-ərəb hərəkatının (və ya “Nasirizm”) liderinə çevrildi və o bütün ərəbləri birləşdirəcək vahid ərəb respublikası qurmağa çalışırdı. O, bütün ərəb ölkələrində milli inqilabi hərəkatları dəstəkləyərək, bütün ərəb monarxiyalarının, o cümlədən onlardan ən böyüyü olan Səudiyyə Ərəbistanının qatı rəqibinə çevrildi.

İxvanlara qarşı repressiyalardan sonra, onlar müxtəlif  ərəb ölkələrində sığınacaq axtarmağa başladılar. Xüsusilə, dindar Səudiyyə Ərəbistanı cəlbedici görünürdü. Səudiyyə Ərəbistanından sığınacaq istəyən ixvanlar özlərini, guya onlara açıq şəkildə İslam dininə etiqad etməyə imkan verməyən İslam əleyhinə rejimin qurbanları kimi qələmə verirdilər. Səudiyyə Ərəbistanının əksər İslam alimləri və hökumət nümayəndələri o vaxt hələ ixvanların ideologiyası barədə kifayət qədər tanış deyildirlər və odur ki, onlara simpatiya göstərməyə və rəhm etməyə başladılar. Beləliklə, iki dövlət arasında gərgin münasibətlər fonunda, Səudiyyə Ərəbistanı Əbdül Nasirin repressiyalarından qaçmış ixvanlara öz qapılarını açdı.

Səudiyyə Ərəbistanına ixvanların böyük axını xüsusilə kral Feysəlin (1964-1975) hakimiyyəti zamanı oldu. Əgər Əbdül Nasir ərəb sosialist milliyyətçiliyini təbliğ edirdisə, ondan fərqli olaraq, kral Feysəl ərəb və müsəlman dünyası arasında daha çox İslam həmrəyliyinə çağırırdı.

Kral Feysəl təhsil sahəsində irimiqyaslı islahatlar həyata keçirməyə başladı. Bunun nəticəsində çoxlu sayda məktəblər, universitetlər və digər təhsil ocaqları açıldı. Lakin, Səudiyyə Ərəbistanı təhsil sistemində müəllim və kadr çatışmazlığı var idi. Kral Feysəl öz ölkəsinin dini dəyərlərinə böyük önəm verdiyi üçün, əcnəbi dindar müəllimlərə daha böyük üstünlük verirdi. Məhz bu fakt, ixvanların Misirdən Səudiyyə Ərəbistanına əsas axınının niyə məhz bu dövrdə baş verdiyinin izahıdır. İxvanların Misirdən Səudiyyə Ərəbistanına “Böyük köçü” onunla nəticələndi ki, onların əksəriyyəti krallığın təhsil sistemində və xeyriyyə təşkilatlarında mühüm rəhbər vəzifələrə yiyələndilər.

Beləliklə, ixvanların yiyələndikləri müəllim vəzifələri onlara öz baxışlarını Səudiyyə Ərəbistanının müxtəlif təbəqələrində yaymaq üçün ideal imkan verdi. Seyyid Qütbün əsərlərini yayaraq, müxtəlif toplantılarda iştirak edərək və müzakirələr apararaq, “qardaşlar” tezliklə öz ideologiyalarını əhalinin bütün təbəqələri arasında, həmçinin ziyalılar arasında yaymağa nail oldular (Kepel, Gilles (2006). “The War for Muslim Minds : İslam and the West”, səh. 173-74)

 

Sələfilər və ixvanlar arasındakı fərq

 

Qeyd etmək lazımdır ki, ixvanların Səudiyyə Ərəbistanına köçməsindən əvvəl, krallığın əhalisi arasında əsasən klassik əhlü-sünnə vəl-cəmaə, digər sözlərlə sələfilik əqidəsi yayılmışdı.

Klassik əhli-sünnə və ya sələfilik baxışlarına Misirdən gəlmiş ixvanların siyasi müxalifət anlayışları daim yad olub. Sələfilər təkallahlılığa (tövhidə) – yalnız Uca Allaha ibadətə və bu yolda şəriət elmlərinə sahib olmaqla və onları həyata tətbiq etməklə özünü təkmilləşdirməyə xüsusi əhəmiyyət verir. Bununla bərabər, sələfilər dində hər hansı bidətləri (yenilikləri) qəbul etmir və odur ki, Əhli-Sünnə vəl-Cəmaə doktrinasına (əqidəsinə) ciddi surətdə riayət edirlər.

Müsəlman rəhbərlərin ədalətsizliyinə gəldikdə isə, ixvanlardan fərqli olaraq, sələfilər buna Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) aşağıda yalnız bəziləri sadalanmış bir çox hədislərinə əsaslanan klassik əhli-sünnə vəl-cəmaə prinsipləri prizmasından baxırlar:

“Dövlət başçısına qulaq as və tabe ol. Əgər, o sənin kürəyinə vursa və sənin əmlakını əlindən alsa belə, ona qulaq as və tabe ol” (Müslim).

Əgər kimsə dövlət başçisına səmimi nəsihət edib onun xətasını düzəltmək istəsə, bunu camaat qarşısında etməsin.” (Əhməd, şeyx Əlbani hədisi “səhih” kimi təsnif edib).

Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət etmək olmaz” (Tirmizi) (5).

Beləliklə, sələfilər hesab edir ki, müsəlman rəhbər əleyhinə siyasi müxalifət qəti şəkildə qadağandır. Hətta əgər bu rəhbər zalım və müstəbid olsa da. Bundan əlavə, qeyd etmək lazımdır ki, sələfilərdən başqa, islamda heç bir cərəyan ədalətsiz rəhbərə qarşı çıxmağın qadağan olunmasına dair bu qədər qəti əqidəyə malik deyil. Bununla əlaqədar olaraq, bəzi əhli-sünnə alimləri islamdakı bütün cərəyanları xəvariclər adlandırır. Çünki, bütün bu təriqətlər, müəyyən şərtlər altında və müəyyən münasib vəziyyətlərdə ədalətsiz rəhbərə qarşı çıxmağı icazəli görür. Bu səbəbdən məşhur alim, tabiin (6) Əyyub əs-Səhtəyəni (Allah ona rəhmət etsin) bütün bidət əhlini xəvariclər adlandırıb. O, deyib:

“Xəvariclərin adları müxtəlif ola bilər, lakin onların hamısı (rəhbərə qarşı) vuruşmaqda yekdildirlər.” (əş-Şəriə”, 2057).

İxvanlara gəldikdə isə, sələfilərdən fərqli olaraq, onların əsas məqsədi həmişə ölkələrində hakimiyyəti ələ almaq və gələcəkdə vahid müsəlman dövlətinin – İslam xilafətinin yenidən qurulmasıdır. Bu məqsədlərinə çatmaq üçün, ixvanlar hesab edir ki, bütün dünya müsəlmanları, müxtəlif təriqətlər və cərəyanlara mənsub olmaqlarından asılı olmayaraq birləşməli və hətta əsas əqidə məsələlərində də ixtilaflarını unutmalıdırlar və bütün bunlar ümumi müsəlman məqsədi üçün – İslam xilafətinin qurulması üçün lazımdır.

Bu məsələdə ixvanlar öz təriqətlərinin başçısı Həsən əl-Bənnanın şüarı ilə hərəkət edir:

İttifaq etdiyimiz məsələlərdə birləşək, ixtilaf etdiyimiz məsələlərdə isə bir-birimizi qınamayaq”.

Beləliklə, ixvanların ideologiyasına müvafiq olaraq, müsəlmanlar müxtəlif təriqətlərin qüsurlarını qınamamalı və bu barədə danışmamalıdırlar. Hətta əgər, onlar ölülərə ibadət edən, səhabələrə və Peyğəmbərin zövcələrinə (Allah onlardan razı olsun) dil uzadan, azğın təriqətlər olsalar belə.” (7).

Şübhə yoxdur ki, bu cür üsul açıq-aşkar bütün peyğəmbərlərin (Allahın onlara salavatı və salamı olsun) yoluna müxalifdir. Bizə məlumdur ki, bütün ilahi peyğəmbərlər doğru əqidəyə çağırıb, şirk, hər növ xurafat baxışlar və fəlsəfi düşüncələrlə mübarizə aparıblar. Onların ardıcıllarını birləşdirən və vahid toplum edən dəyər odur ki, onlar Uca Allahın və Onun Peyğəmbərlərinin öyrətdiyi bütün əqidə ünsürlərini etiqadla qəbul etməyə razı olublar. Buna bir çox Quran ayələri və səhih hədislər dəlalət edir. Nümunə üçün Əbu Vaqid əl-Ləysidən rəvayət olunan hədisi xatırlamaq olar:

“Əbu Vaqid əl-Leysi rəvayət edir:

Bir gün Peyğəmbərlə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq. Biz, o vaxtlar təzə müsəlmanlardan idik və küfrdən yenicə çıxmışdıq. Müşriklərin təzim etdikləri böyük bir sidr ağacı vardı. Onlar onun ətrafında yığışaraq (qələbə qazanmaq ümidi ilə) silahlarını ağacdan asırdılar. O ağacı “Zətu Ənvat” deyə çağırırdılar. Biz də yolda gedərkən böyük yaşıl bir sidr ağacının yanından keçdikdə: “Ey Allahın Rəsulu! Onların “Zətu Ənvatı” olduğu kimi bizim üçün də “Zətu Ənvat” düzəlt”- dedik. Peyğəmbər dedi: “Allahu Əkbər! Şübhəsiz ki, bunlar hamısı keçmiş adət ənənələrdir. Nəfsim Əlində Olana and olsun ki, siz İsrail oğullarının Musadan istədikləri şeyin eynisini məndən istədiniz: “…Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (əl-Əraf 138). Həqiqətən siz əvvəlkilərin adət ənənəsi ilə gedəcəksiniz”. Ət-Tirmizi 2180, Əhməd 5/ 218, əl-Əlbani, səhih).

Diqqət yetirək ki, Əbu Vaqid əl-Leysi və bir qrup səhabələr islamda yeni və elmsiz müsəlmanlar olsalar da, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onların əqidədə qüsurlarına göz yummadı, əksinə o səhabələrin istəyini və inanclarını İslam əqidəsinin əsaslarına zidd olduğu üçün ciddi şəkildə tənqid etdi. Bundan əlavə, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) heç bu səhabələrin müşriklərin böyük ordusu ilə vuruşmaq üçün Huneynə yollanan müsəlmanlardan ibarət dəstənin bir hissəsi olması faktını da diqqətə almadı. Axı kimsə deyə bilərdi ki, islama yeni gələnlərin açıq və sərt şəkildə qınanılması onların yaxınlaşan döyüşdə iştirak etməkdən imtina etməsinə və ya ən azı passiv iştirakına səbəb ola bilərdi. Odur ki, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlara İslam elmini yalnış qavradıqlarını döyüş başa çatdıqdan sonra da izah edə bilərdi. Lakin, gördüyümüz kimi, İslam Peyğəmbəri heç bir şeyə baxmayaraq, islama yeni gəlmiş səhabələrin nöqsanlarını dərhal düzəltdi və bu fikirə etiraz etdi. Bütün bunlar onu göstərir ki, bütün peyğəmbərlərin (onlara salavat və salam olsun) öyrətdiyi, urğunda yaşadığı və çağırdığı məhz islamın düzgün anlaşılması və etiqad edilməsi idi.

Peyğəmbərin səhabələri (Allah onlardan razı olsun) və tarix boyu yaşamış görkəmli İslam alimləri bu prinsipə ciddi riayət ediblər. Nümunə olaraq Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vəfatından sonra bir qrup insanın təkcə zəkat* ibadətini yerinə yetirməkdən imtina etdiyi hadisəni göstərmək olar. Başda Xəlifə Əbu Bəkr olmaqla bütün əshabələr bu təzahürə öz etirazlarını bildirərək ilk öncə elmi mübarizə apardılar, bu öz nəticəsini vermədikdə döyüşməkdən belə çəkinmədilər.

O vaxt ki, İraq torpaqlarında Qədəri** edən dəstə peyda oldu və bu haqda İbn Ömər və İbn Abbas kimi böyük və nüfuzlu əshabələrdən soruşdular, onlar bu dəstə və onların yeni fikirlərinə qəti etirazlarını bildirdilər. Bu dəstə imanın 6 əsasından yalnız bir əsasında müəyyən etiqad dəyişikliyi iddia edirdi, amma buna baxmayaraq əshabələr onlara qarşı mülayim mövqe tutmadılar. Əksinə “Biz onlardan uzağıq!”, “Onlar bütün işlərdə Allahın Qədərinə inanmadıqca, Uca Allah onların ibadətini qəbul etməyəcək!” *** – kimi sözləri ilə ciddi etirazlarını bildirdilər(8).

Qurandan, Sünnədən və səhabələrin təfsirindən götürülmüş bu dəlillərə və düzgün əqidəyə deyil, hakimiyyətə gəlmək və ya İslam dövləti qurmaq cəhdləri üzərində müsəlmanları birliyə çağıran ixvanlar görsənir ki, yollarını azıblar.

Digər tərəfdən, siyasətə və sosial problemlərə həddən artıq diqqət yetirmələri və həmçinin tövhid və doğru əqidəyə etiqad edilməsinin mühümlüyünə laqeyd yanaşmaları səbəbilə, ixvan liderləri öz əsərlərində və məruzələrində İslam əqidəsinə dair hətta elementar məsələlərdə açıq-aşkar cahillik nümayiş etdiriblər. Məsələn, ixvanların əsas ideoloqlarından biri olan Seyyid Qütb öz əsərlərində Musa əleyhissəlam və Muhamməd Peyğəmbərin bir çox səhabələri barəsində təhqiramiz mülahizələr irəli sürüb. Onun əsərlərində həmçinin bütün müsəlman icmaların kafirlikdə ittiham edilməsinə, varlığın və xaligin vəhdəti (vəhdətül vücud) bidət nəzəriyyəsinə, “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur” (lə iləhə illəllah) kəliməsinin yalnış təfsirinə, Allahın ad və sifətlərinin təhrif olunmasına, əqidə məsələlərində əhəd hədislərin (az sayda ravi zəncirinə malik hədislər) inkar edilməsinə və İslam alimlərinin təfərrüatlı şəkildə bəyan etdiyi bir çox digər nöqsanlara (zelaletlere) rast gəlmək olar (9).

Bəs siyasiləşmiş və inqilabi əhval-ruhiyyədə olan, dini cəhətdən savadız və İslama tam şəkildə riayət etməyən ixvanlar Səudiyyə Ərəbistanına köçərək İslama tam şəkildə riayət edən və siyasətdən uzaq sələfilərlə görüşdükdə nə baş verdi?

 

Yeni təriqətin meydana gəlməsi

“Müsəlman qardaşların” Səudiyyə Ərəbistanına köçən və krallığın din xadimləri ilə tanış olan bir çox üzvləri sələfi alimlərin dindarlığı və şəriət elmlərinə dərin bələd olmasında təəccübləndilər. Sadəcə dini siyasi hərəkat olan və dəqiq fundamental şəriət biliklərinə malik olmayan ixvanlar Səudiyyə Ərəbistanının sələfi alimlərindən əhli-sünnə vəl-cəmaə əqidəsini öyrənməyə və qəbul etməyə başladılar.

Lakin, təəssüflər olsun ki, sələfilərdən əqidə elmləri və İslam hüququna dair bilikləri öyrənən və qəbul edən əksər ixvanlar Seyyid Qütbün müsəlman rəhbərlərə qarşı çıxmaq və onları və digər müsəlmanları kafirlikdə ittiham etmək məsələlərində inqilabi və ekstremist baxışlarından tam şəkildə imtina etmək istəmirdilər. Bundan əlavə, onlar Seyyid Qütbün inqilabi-xəvaric baxışlarını Səudiyyə Ərəbistanının gənc sələfiləri arasında yaymağa başladılar.

Beləliklə, bir tərəfdən Səudiyyə Ərəbistanına köçüb bəzi əqidə məsələlərini sələfi alimlərdən öyrənmiş ixvanlar, digər tərəfdən isə Seyyid Qütbün nəzəriyyələrini öyrənən yerli sələfi gənclər tədricən “mutasiya” oldular və tezliklə yeni təriqət meydana gəldi. Bu təriqəti sələfi alimləri müxtəlif adlarlarla çağırmağa başladılar: xəvariclər, müasir xəvariclər, qutbçular, sururilər, ixvanlar, təkfirçilər və s.

Onlara verilən “Xəvaric” adı Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ölümündən dərhal sonra meydana gələn və İslam tarixində ilk təriqət sayılan “Xəvariclər”in “şərəfinə” verilmişdir. Xəvariclərin klassik baxışlarına müvafiq olaraq, böyük günah etmiş hər bir müsəlman islamdan çıxır və kafir olur. Onlar hesab edir ki, əgər müsəlman hər hansı bir məsələdə şəriətə müvafiq olaraq hökm vermirsə, o böyük günah edərək kafir olur və onu zorakı yolla devirmək lazımdır. Klassik xəvariclərin əqidədə əhli-sünnə vəl-cəmaə əqidəsinə zidd olan digər baxışları da var. Lakin, klassik xəvariclərin əsaslarından birinin müsəlman rəhbərləri kafirlikdə ittiham etmək və onlara qarşı çıxmaq olduğu üçün, yeni təriqəti alimlər sadəcə “xəvariclər” adlandırır.

Bəzən yeni təriqəti alimlər “müasir xəvariclər” adlandırır ki, onların klassik xəvariclərlə heç də bütün əqidə məsələlərində yox, “müsəlman rəhbərlərin kafirlikdə ittiham edilməsi və onlara qarşı silahlı çıxışı icazəli görmək” kimi sadəcə bəzi əsas məsələlərdə üst-üstə düşdüklərini vurğulasınlar. Xüsusilə bu adı onlara XX əsrin görkəmli alimi, mərhum şeyx Əlbani (Allah ona rəhmət etsin) verib (dinlə.  Şeyx Əlbaninin “əs-Süruri Xariciyyə Əsriyyə” adlı məruzəsi).

Yeni təriqəti alimlər həmçinin Seyyid Qütbün “şərəfinə” “qutbçular” adlandırıb, çünki məhz o öz əsərlərində ilk olaraq müasir müsəlman cəmiyyətləri və onların rəhbərlərinə dair xəvaric ekstremist prinsiplərini tətbiq edib və əsaslandırıb.

Həmçinin xəvaricləri “qutbçular” ona görə adlandırırlar ki, onların hamısını, mühüm əqidə məsələlərində açıq-aşkar qüsurları və nöqsanlarına baxmayaraq Seyyid Qütbə qarşı olan fanatik sevgi birləşdirir.

surur

Muhamməd Surur – Səudiyyə Ərəbistanında yaşayn sururilərin lideri

Yeni təriqəti Məhəmməd Sürurun şərəfinə “sururuilər” də adlandırırlar. Məhz o, nəzəriyyədə və praktikada xəvaric ekstremist baxışları klassik əhli-sünnə əqidəsi ilə qarışdıraraq, yeni təriqətin meydana gəlməsində əsas rolu oynayıb. Növbəti fəsildə biz bu şəxs barəsində daha təfsilatlı bəhs edəcəyik.

Bəzən yeni təriqəti alimlər sadəcə ixvanlar adlandırır, çünki, ixvanlar kimi, qutbçularin də bir ümumi məqsədi var – müsəlman ölkələrində hakimiyyəti ələ almaq. Lakin, əvvəl də dediyimiz kimi, ixvan-bənnaçılar və qutbçular bu ümumi məqsədə çatmaq üçün müxtəlif üsullar və yanaşmalara əl atırlar.

Həmçinin yeni təriqəti “təkfirçilər” adlandırırlar, çünki onlar şəriətlə hökm verməyən bütün müsəlman rəhbərləri kafir adlandırırlar. Onların əksəryəti həmçinin bütün nazirləri və hüquq-mühafizə orqanlarınının əməkdaşlarını kafirlikdə ittiham edirlər. Onların bəziləri isə hətta bu rəhbərləri kafir hesab etməyən sadə xalqı kafirlikdə ittiham edir.

Əksər sururilər cahilliydən dolayi küfr edən müsəlmanı üzürlü hesab etmirlər. Bu səbəbdən hər küfr edən müsəlmanı dərhal təkfir edib islamdan çıxardırlar. Həmçinin onlar kafirlikdə ittiham etməyin şərtlərinə və maneələrinə riayət etmədən namazı tərk edən hər bir insanı kafirlikdə ittiham edir və onlarla razı olmayan bütün müsəlmanları mürciə adlandırırlar.

Beləliklə, yeni təriqəti – sələfi baxışları altında gizlənən, əslində isə sələfilərlə heç bir əlaqəsi olmayan cərəyan kimi müəyyən etmək olar. Bütün müsəlmanları kafirlikdə ittiham etmək və ədalətsiz rəhbərə qarşı çıxmaq onların öz təriqətlərində açıq-aşkar yol-verdikləri azğınlıqdır. Bu məsələdə onlar ixvan Seyyid Qütbün ekstremist baxışlarının ardınca gedirlər. Digər sözlərlə, qütbçülük və ya süruruilik – kafirlikdə ittiham etmək və rəhbərə qarşı çıxmaq məsələlərində xəvariclikdir və bəzi əqidə məsələlərində sələfiliklə maskalanmadır.

Müasir xəvaricləri sələfilərdən fərqləndirən digər xüsusiyyətlər də mövcuddur. Bu barədə biz Allahın iznilə növbəti məqalələrimizdə daha təfsilatlı şəkildə bəhs açacağıq.

Xülasə olaraq demək olar ki, sururiləri sələfilərdən fərqləndirən xüsusiyyətlər onların kafirlikdə ittiham etmək və ədalətsiz hakimə qarşı çıxmaq məsələlərinə dair xəvaric baxışları səbəbilə təzahür edir.

XX əsrin görkəmli alimi, mərhum şeyx Əhməd Nəcmi (Allah ona rəhmət etsin) sururiləri sələfilərdən fərqləndirən üç əsas cəhətlərini belə səciyyələndirib:

1. Sururilər xalqın mövcud rejimləri devirmələri məqsədilə rəhbərlərə dil uzadır və onların qüsurlarını yaymağı sevirlər. Onlar müsəlman rəhbərləri (həmçinin Səudiyyə Ərəbistanı kralını) kafir hesab edirlər, amma bəzən bunu gizlədirlər. Lakin, onların rəhbərlərə olan ictimai mənfi münasibəti onları müsəlman hesab etməməmələrinin göstəricisidir.

2. Onlar cihada çağırır, lakin cihad dedikdə, onlar kafirlərə qarşı müharibəni nəzərdə tutmurlar. Onlar müsəlman rəhbərlərə qarşı müharibə etmək, onları devirmək və hakimiyyətə gəlməyi cihad hesab edirlər.

3. Sururilər inanır və təbliğ edirlər ki, nüfuzlu sələfi alimlərinin həqiqi vəziyyətdən başları çıxmır (10). (Əhməd Nəcminin fətvalar toplusu, “əl-Fətava əl-Cədidə ən əl-Mənhəc əd-Dəviyəh”, səh. 53-54).

Qısa desək, müasir xəvariclərin və ya sururilərin yeni təriqəti sələfi əqidəsinin Seyyid Qütbün xəvaric ideologiyası ilə mürəkkəb bir qarışığıdır. Londonda nəşr edilən məşhur beynəlxalq “Yaxın şərq” (Şərq əl-Əvsat) ərəb qəzeti süruriliyi kifayət qədər dəqiq təsvir edərək “İbn Teymiyyə və Seyyid Qütbün əqidələrinin qarışığı” adlandırıb (“Şərq əl-Əvsat” qəzeti, 24 oktyabr, 2004-cü il).

 

Yeni meydana gəlmiş müasir xəvariclər təriqətinin ideoloji ataları

Müasir xəvariclər təriqətlərinin meydana gəlməsinə əsasən 3 şəxs təsir göstərib: Seyyid Qütb, Muhamməd Qütb və Muhamməd Sürur. Əvvəl də dediyimiz kimi, məhz Seyyid Qütbün və Muhamməd Sürurun şərəfinə sələfi alimləri yeni meydana gəlmiş təriqətləri qutbçular və və ya sururilər adlandırır.

Birinci şəxs – Seyyid Qütb barədə – artıq yuxarıda bəhs edilmişdi, orada biz məhz onun müasir xəvariclər üçün müasir müsəlman cəmiyyətləri və hökumətləri ilə bağlı əsas ekstremist və inqilabi prinsipləri müəyyən etdiyi və “əsasını” qoyduğundan danışmışdıq.

İkinci şəxs – Seyyid Qütbün doğma qardaşı Muhamməd Qütbdür (1919-2014). Misirin bir çox ixvanları kimi, Muhamməd Qütb də 1972-ci ildə Səudiyyə Ərəbistanına köçmüş və müəllimlik fəaliyyətinə başlamışdı. Ciddədə yerləşən Kral Əbdüləziz Universitetində “İslam irsi” adlı fənni üzrə müəllimlik edən Muhamməd Qütb gənc səudiyyəli gənclər arasında qardaşı Seyyid Qütbün kitablarını və ideyalarını fəal şəkildə nəşr etməyə və yaymağa başladı.

mqutb

Seyyid Qütbün doğma qardaşı – Muhamməd Qütb, sururilərin ideoloji atalarından biridir.

Muhamməd Qütb də sələfilərin təsiri altına düşmüş ixvanlar kimi qısa zaman ərzində “mutasiyaya” məruz qaldı və süruriliyə dəvət etməyə başladı.

“XX əsrin cahilliyi” adlı kitabını yazaraq öz qardaşının: “müasir dövrün müsəlmanları və onların rəhbərləri çoxdandır ki, mürtəd olublar!” – xəvaric baxışlarını yaymağa davam edirdi.

Bundan əlavə, Muhamməd Qütb öz qardaşı Seyyid Qütbü bütün əqidə məsələlərində həqiqi sələfi kimi qələmə verir və bunu ümidsiz şəkildə sübut etməyə çalışan əsas insanlardan biri idi. Lakin, Seyyid Qütbün Əhli-Sünnə vəl-Cəmaə əqidəsinə açıq-aşkar şəkildə zidd olan bir çox mülahizələri var idi. Məhz bu mülahizələr Muhamməd Qütbə öz qardaşını elmi şəkildə müdafiə etməyə imkan vermirdi və o sadəcə bu sözlərlə kifayətlənirdi: “Mən öz qardaşımı çox yaxşı tanıyıram, o bunu demək istəmirdi”.

Onun universitetdə dərs dediyi tələbələrdən biri gələcəyin bir nömrəli terrorçusu, məşhur xəvaric Üsamə bin Laden idi. Universitetdə məhz iki müəllimin ideyaları Üsamə bin Ladenin ekstremist-xəvaric baxışlarının meydana gəlməsinə təsir göstərib: Muhaməd Qütb və Abdullah Əzam (11) (Kenneth Katzman, “Al Qaeda: Profile and Threat Assessment”, səh.1).

Onun digər bir tələbəsi isə Səudiyyədə sururilərin gələcək liderlərindən biri olan Səfər əl-Həvali olub. Onun barəsində biz daha sonra təfərrüatlı şəkildə bəhs açacağıq. 1986-cı ildə, Səfər əl-Həvali Muhamməd Qütbün elmi rəhbərliyi altında öz dissertasiyasını müdafiə edir. Daha sonra Muhamməd Qütb Səfər Həvalinin “şagirdin öz müəllimini ötüb keçməsinin nümunəsi” olduğunu ictimai şəkildə bəyan edir. (Gilles Kepel, The War for Muslim Minds : İslam and the West, səh. 174-5)

Seyyid Qütbün ekstremist ideologiyası prinsipləri əsasında 1938-ci ildən bu günə qədər yeni təriqətin meydana gəlməsinə əsas töfhəsini verən şəxslərdən biri də Muhamməd Sürur olub. Muhamməd Sürur 1950-1960-cı illərdə Suriyada “Müsəlman qardaşlar” hərəkatının fəal üzvlərindən olub.

Hələ Suriyada ikən o sələfi alimlərin təsirindən sonra əhli-sünnə vəl-cəmaə əqidəsi altında gizlənir. Bu səbəbdən Muhamməd Sürur “Müsəlman qardaşlar” hərəkatını islahatlar həyata keçirməyə və ənənəvi sünni baxışlarına riayət edilməsinə daha çox diqqət yetirməyə çağırır. Bu əsasda o, qəti şəkildə bir əqidənin ardınca getmək və digər təriqətlərin əqidələrini tənqid etməyin yalnız ixvanların mövqelərinin zəifləməsinə gətirib çıxaracağına və onlara xalqı hakimiyyətə qarşı qaldırmağa və mövcud rejimləri devirməyə mane olacağını hesab edən Suriyanın ənənəvi ixvanları ilə (bənnaçılarla) münaqişəyə girir.

1967-ci ildə, Suriya hökumətinin ixvanlarla növbəti münaqişəsindən sonra, Muhamməd Sürur da misirli ixvanlar kimi Səudiyyə Ərəbistanına qaçır. O, Burəydə şəhərinə köçür və İslam elmi institutunda riyaziyyat üzrə dərs deməyə başlayır. Daha sonra o fəal şəkildə gənc tələbələrə öz yeni təriqətinin nəzəriyyələrini təbliğ etməyə başlayır. Məhz bu institutda Muhamməd Sürur ilk dəfə olaraq 12 yaşlı tələbə Salman əl-Övdə ilə tanış olur. Salman (daha sonra onun haqqında daha geniş bəhs edəcəyik) Muhamməd Sürurun ən yaxşı şagirdlərindən biri olur, gələcəkdə isə Səudiyyəli sururilərin ən nüfuzlu liderlərindən birinə çevrilir.

1973-cü ildə, hökumət Muhamməd Sürurun gizli hökumət əleyhinə təbliğatı barədə xəbər tutduqda, o Səudiyyə Ərəbistanından Küveytə qaçmalı olur. 1983-cü ildə Muhamməd Sürur Böyük Britaniyanın Birmingem şəhərində sığınacaq tapır, orada öz xəvaric ideologiyasını özünün nəşr etdiyi yeni “Əs-Sünnə” jurnalın vasitəsilə yaymağa başlayır. Bu jurnalın ekstremist məzmunu səbəbilə, onun yayılması bir çox ərəb ölkələrində, həmçinin Səudiyyə Ərəbistanında qadağan edilib (“İslam and Political Reform in Saudi Arabia: The Quest for Politcal Change”, Mansoor Jaseem Alshamsi, səh. 15).

 

Səudiyyə Ərəbistanda yeni nəsil sururilərin meydana gəlməsi və
onların sələfi alimləri tərəfindən ifşa edilməsi

Məqaləmizin əvvəlində dediyimiz kimi, Səudiyyə hökuməti və bir çox sələfi alimləri ilk əvvəl sürgünə məruz qalmış ixvanları sevinclə qarşıladılar, çünki, birincisi, Seyyid Qütbün təhlükəli xəvaric baxışlarından xəbərdar deyildilər, ikincisi isə, hesab edirdilər ki, yeni gələn ixvanlar klassik əhli-sünnə vəl-cəmaə baxışları ilə yaxından tanış olduqdan sonra siyasətdən tamamən imtina edəcəklər və ibadət və elm tələb etməklə məşğul olacaqlar. Lakin, birinci fəsildə də əmin olduğumuz kimi, ixvanların Səudiyyə Ərəbistanına gəlməsi, sələfilik örtüyü altında gizlənən yeni xəvaric təriqətinin meydana gəlməsi ilə nəticələndi.

Tezliklə, müasir xəvariclərin ideoloqları, Muhamməd Qütb, Muhamməd Sürur, Abdullah Azzam və digərləri yeni nəsil səudiyyəli təbliğatçı-sururilərin törəməsinə səbəb oldular. Yeni sururilər hərəkatını sururilər özləri “sahva” və ya “sahva əl-isalmiyə”, “oyanış” və ya “islamın oyanışı” adlandırırlar. Daha sonra “saxva gəncləri” və “sahva şeyxləri” məfhumları meydana gəlir.

1

Səudiyyə Ərəbistanında sururilərin liderləri: (Soldan sağa) Salman əl-Ovdə, Səfər əl-Həvali, Aid əl-Qarni, Nasir əl-Ömər.

Yeni nəsil “Saxvanın” və ya müasir xəvariclərin əsas liderləri Salman əl-Övdə (Muhamməd Sürurun şagirdi) və Səfər əl-Həvali (Muhamməd Qütbün şagirdi) oldular. “Saxvanın şeyxləri” arasında Aid əl-Qarni (Muhamməd Sürurun şagirdi), Nasir əl-Ömər və digərləri var idi.

Əsasən gənclərlə işləyən, şerlər və qissələr danışan və Əhli-Sünnə vəl-Cəmaə əqidəsinin bəzən mürəkkəb təfsirlərindən daha çox, maraqlı və emosional hekayələrə üstünlük verən “saxva” təbliğatçıları sadə xalq arasında tezliklə böyük populyarlıq qazandılar.

Əksər insanlar, o cümlədən krallığın bir çox alimləri sələfilik örtüyü altında gizlənən, Səudiyyə Ərəbistanının nüfuzlu sələfi alimlərinə zahirən hörmət göstərən bu müasir xəvariclərin həqiqi niyyətlərindən xəbərsiz idilər.

Lakin, heç də bütün sələfi alimləri yeni xəvaric ideologiyasının meydana gəlməsindən xəbərsiz deyildilər. Məlum olduğu kimi, sururilər bütün Səudiyyə Ərəbistanı boyunca fəal şəkildə Seyyid Qütbün əsərlərini yaymağa və təbliğ etməyə başladılar. Bu səbəbdən sələfi alimlər arasından tənqidçilər bu kitabların Əhli-Sünnə vəl-Cəmaə əqidəsinə müvafiq olub-olmadığını və onların yayılmasının təhlükəli olub-olmadığını aşkar etmək üçün Seyyid Qütbün kitablarını yoxlamağa başladılar.

Onun kitablarının yoxlanılması ilə məşğul olan, kitablarda bütün qüsarları və nöqsanları üzə çıxaran və onlardan çəkindirən ilk şəxslərdən biri görkəmli alim şeyx Rabia ibn Hadi əl-Mədxali olub (Allah onu qorusun). O, Seyyid Qütbün kitablarına rəddiyyə olan və süruruilərdən və onların ideologiyalarından çəkindirən bir neçə kitab qələmə alıb. Tədricən şeyx Rabianın rəddiyyələri akademik dairələrdə sürətlə yayılmağa başladı və yeni təriqətin nöqsanları və təhlükəsi bir çox sələfi alimlərinə və elm tələbələrinə aydın oldu (12). Şeyx Rabia ilə birgə sururiləri ictimai şəkildə tənqid edən və onlardan çəkindirən ilk alimlər arasında görkəmli alimlər Muhamməd Aman əl-Cəmi, Abdullah əd-Düveyş, Əhməd ən-Nəcmi, Zeyd əl-Mədxali və bir çox digərləri olub.

Sururilər isə öz növbələrində, onları tənqid edən alimləri və onların ardıcıllarını müxtəlif adlarla, “mədxalilər” (Şeyx Rabia əl-Mədxalinin şərəfinə), “cəmiilər” (şeyx Muhamməd  Aman əl-Cəminin şərəfinə), “Qulat ət-Tə’ə” (“rəhbərlərə tabeçilikdə  ifrata varanlar”) və mürciələr adlandıraraq özlərini müdafiə etməyə başladılar. Beləliklə, məhz ekstremist-xəvariclər ilk olaraq onları ifşa edən və qüsurlarını göstərən sələfi alimlərə münasibətdə “mədxalilik” terminini uydurublar.

Zahirən sələfilik təzahürlərinə malik olduqları və böyük alimlərə rəğbət bəslədikləri üçün, sururilər müəyyən müddət Səudiyyə Ərəbistanının ən nüfuzlu alimlərinin tənqidindən qoruna bildilər. Xüsusilə, söhbət mərhum şeyx Səudiyyə Ərəbistanının Keçmiş Müftisi İbn Bəzzin (Allah ona rəhmət etsin) rəhbərlik etdiyi yüksək dərəcəli Alimlər Şurasından gedir. Lakin, əslində onlar sadəcə zahirən bu alimlərə rəğbət bəsləyirdilər ki, sadə müsəlmanlar arasında populyarlıqlarını saxlaya bilsinlər.

O zaman sururilərin əsas fəaliyyəti əsasən Səudiyyə Ərəbistanının hüdudlarından kənarda təkfir (kafirlikdə ittiham) ideologiyasının yayılmasına yönəldilmişdi. Əsas vurğu müasir xəvariclərin dövlətin şəriətə müvafiq olmayaraq idarə olunması, namazın tərk edilməsi və bilmədən şirkə düşənlərin üzürlü olmaması və s. kimi sevimli mövzularına edilirdi. Lakin, o zaman səudiyyəli sururilərin ekstremist dəvətinin və xəvaric baxışlarının təsiri yalnız Səudiyyə Ərəbistanından kənarda hiss olunduğu üçün, yerli hökumət və bir çox alimlər xəvaricliyin “sahva” tərəfdarlarında təzahürlərini sezmirdilər.

Səudiyyəli xəvariclərin iç üzünü hər kəsə göstərən dönüş nöqtəsi 1990-91-ci illərdə Fars körfəzində baş verən müharibə oldu. 1990-cı ildə, İraq Küveytə qəfil hücum edərək ölkəni ələ keçirdi, bir çox həmsərhəd ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı Səddam Hüseynin növbəti qurbanı olacaqlarından təşvişə düşdülər. O məqamda İraq Yaxın Şərqin ən güclü ordularından birinə malik idi və Səudiyyə Ərəbistanı anlayırdı ki, o tək başına Səddam Hüseynin təcavüzünü dəf edə bilməyəcək. Bu səbəbdən Səudiyyə hökuməti ABŞ qoşunlarına müvəqqəti olaraq Səudiyyə Ərəbistanının ərazisinə girməsinə icazə verməyə vadar oldu. Bu icazə verilməzdən əvvəl, kral Fəhd Görkəmli Alimlər Heyətindən bu qərarın şəriətə zidd olmadığına dair icazə verməsini və təsdiqləməsini istədi. Nəticə etibarilə, İbn Bəzzin rəhbərliyi altında Görkəmli Alimlər Heyəti Quran və Sünnə dəlilləri əsasında mövcud vəziyyəti dəyərləndirərək krallıq hökumətinin ABŞ qoşunlarını müvəqqəti olaraq öz ərazisinə buraxa biləcəklərinə dair fətva verdi.

Məhz bu məqamda sururilərin liderləri açıq-aydın şəkildə öz xəvaric baxışlarını nümayiş etdirdilər və ictimai şəkildə səudiyyə hökumətini  tənqid etməyə və onlara qarşı çıxmağa başladılar. İndi artıq bütün sələfi alimləri yeni təriqətin həqiqi mahiyyəti barədə öyrəndilər və insanları onun liderlərindən çəkindirməyə başladılar. Beləliklə, bütün sələfi alimləri, həmçinin Şeyx İbn Bəzz, Şeyx Useymin, Şeyx Əlbani, Şeyx Muqbil, Şeyx Rabiaya və digər alimlərə dəstək verdilər və açıq-aşkar şəkildə xüsusuilə Salman və Səfərdən, ümumilikdə isə bütün sururilərdən çəkindirməyə başladılar.

Məhz Şeyx İbn Bəzzin rəhbərliyi altında Görkəmli Alimlər Heyətinin xahişi ilə Səudiyyə hökuməti süruri etiqadlı Salman və Səfərə hər hansı təbliğat fəaliyyəti aparmağı qadağan etdi. 1993-cü ilin sentyabrında, şeyx İbn Bəzz Səudiyyə Ərəbistanı Daxili İşlər naziri Naif bin Əbdüləzizə ünvanladığı şəxsi məktubda aşağıdakıları yazır:

“Görkəmli Alimlər Heyətinin” iclası yekdil şəkildə hesab edir ki, onların hər ikisinə (Salman və Səfər) iclas üzvlərinə göstərilən və hökumətin göstərdiyi ciddi səhvləri bildirilməlidir. Bu nöqsanları onlara, möhtərəm İslam İşləri, Vəqflər və Dəvət üzrə nazirin seçdiyi iki alimin yer aldığı, dövlətin təsis etdiyi komissiya bildirməlidir. Və əgər komissiya onların hər ikisinə nöqsanlarını bildirdikdən sonra, onlar tövbə edərək bir daha bu nöqsanlarına qayıtmayacaqlarına vəd versələr, həmd olsun Allaha, bu kifayətdir. Lakin, əgər onlar imtina etsələr və öz sözlərində israr etsələr, o zaman, cəmiyyəti onların nöqsanlarından qorumaq adına, onlara mühazirə, xütbə və ümumi dərslər verməyi qadağan etmək lazımdır. Onların səs yazılarının yayılması da qadağan edilməlidir. Allah onların hər ikisini doğru yola yönləndirsin”

(Məktubun əsl nüsxəsi aşağıdakı şəkildə əks olunub).

ouuoo_10

 

http://www.alrbanyon.com/vb/showthread.php?t=8747

 

Bundan sonra müasir xəvariclərin tərəfdarlarından bəziləri tamamilə gizli fəaliyyətə başladılar, digərləri isə Səudiyyə Ərəbistanına açıq-aşkar şəkildə müharibə elan etmiş “əl-Qaidə” təşkilatı kimi müxtəlif esktremist xəvaric təşkilatları ilə birləşdilər. Daha sonra Səfər əl-Həvali 2001-ci ilin sentyabrında “Əkiz qüllələrə” gulle? qarşı törədiləcək terror aktını dəstəkləyir, Ben Laden isə öz növbəsində tez-tez öz audio və video müraciətlərində Salman və Səfərin radikal fətvalarına istinad edir. Bununla bərabər, “əl-Qaidə” tərəfdarları Səudiyyə Ərəbistanı ərazisində daim terror aktları törədir, Səudiyyə Ərəbistanı isə terror əleyhinə yeni müharibə elan edir və o müharibə bu günə qədər davam edir.

Müasir xəvariclərin ideoloji liderlərinə gəldikdə isə, onlardan bir qismi təbliğat fəaliyyətindən tamamilə uzaqlaşır (Səfər əl-Həvali kimi), digərləri isə təbliğatla məşğul olmağa davam edir, lakin daha ictimai şəkildə Səudiyyə hökumətini tənqid etmirlər. Bunun əvəzinə, onlar diqqətlərini Səudiyyə Ərəbistanından kənarda müsəlman hökumətlərə qarşı təxribata çağırmaqda cəmləyirlər. Məsələn, Səudiyyə Ərəbistanının süruri təbliğatçıları Salman əl-Övdə, Aid əl-Qarni, Nasir əl-Ömər, Muhamməd Arifi, Əbdüləziz ət-Tureyfi  digər ideoloq ixvanlarla birgə “ərəb baharı” adlandırılan hadisələrin dini-ideoloji təbliğatında fəal iştirak ediblər. Burada söhbət Səudiyyə Ərəbistanın süruri təbliğatçılarından gedir. Səudiyyə Ərəbistanının hüdudlarından kənardakı təbliğatçılara gəldikdə isə, onlar həm Səudiyyə Ərəbistanında, həm də digər müsəlman ölkələrində hökumətin devrilməsinə çağırırlar.

3

Sururilərin yeni nəsil liderləri: (soldan sağa) Muhammad Hassan (Misir), Nəbil əl-Avadi (Küveyt), Muhamməd əl-Arifi (Səudiyyə Ərəbistanı).

2014-cü ilin mayında, Səudiyyə hökuməti, “Müsəlman qardaşlar” hərəkatını terror təşkilatı adlandıraraq müasir xəvariclərə bir güclü zərbə daha endirir.

Düşündürücü xülasə

Biz bu məqalədə şahidi olduq ki, dövrümüzdə İslamın ən qədim təriqəti olan xəvariclərin radikal ideologiyasını yenidən dirçəldən və təbliğ edən məhz “Müsəlman qardaşlar” təriqəti oldu. Daha sonra biz bu ekstremist xəvaric təriqətinin sünnilərə – sələfilərə təsirini öyrəndik. Klassik sələfilərin əqidəsi ilə tanış olduqdan sonra, biz əmin olduq ki, sələfilik və ya əhli-sünnə vəl-cəmaə əqidəsinə müvafiq olaraq, müsəlman rəhbərə qarşı siyasi müxalifət qəti şəkildə qadağandır, hətta əgər bu rəhbər zülmkar və müstəbid olsa da. Lakin biz gördük ki, bir tərəfdən ixvanların xəvaric ideologiyasının sələfilərə təsiri, digər tərəfdən isə sələfi əqidəsinin ekstremist-ixvanlara təsiri ilə müasir xəvariclərin və ya sururilərin yeni təriqəti meydana gəldi.

Bütün bunlar onu göstərir ki, bəzilərinin yalnış düşündüyünün əksinə olaraq, həqiqi sələfiliyin özü-özlüyündə ekstremizmlə heç bir əlaqəsi yoxdur. İxvanların ekstremist ideologiyası bu gün dünyada əqidə məsələlərində klassik sələfi baxışlarına malik olmayan bir çox müsəlman hərəkatlara təsir göstərib.

Nümunə olaraq, “əl-Qaidə”, İŞİD terror xəvaric qruplaşması və digər xəvaric təşkilatları kimi eynilə ixvan qütbçü ideologiyalara sahib sufi ekstremist hərəkatı olan “Taliban” hərəkatını göstərmək olar.

Talibanlar əqidədə məturidi, fiqhdə hənəfi, ibadətdə və zikrlərin icrasında dyubəndi təriqətinə mənsubdurlar.  Odur ki, Talibanlar övliyaların qəbirlərinə sitayiş edir, onlardan xeyir-dua almaq üçün onların qəbirlərini ziyarət edirlər. Bir balaca məsələdən başı çıxan adam da bilir ki, bütün bu ünsürlər əslində sələfilərin fundamental doktrinalarına ziddir. Lakin, bütün bunlar Talibanlara “əl-Qaidə” ilə ittifaqa girərək, Seyyid Qütbün xəvaric ideologiyasına riayət edərək “kafirlər” əleyhinə “qlobal cihad” həyata keçirməyə mane olmur.

Həmçinin nümunə olaraq ekstremist xəvaric təşkilatı olan “Hizbut-Təhriri” misal gətirmək olar. Bir vaxtlar “Müsəlman qardaşlar” hərəkatından ayrılan bu təşkilat digər müasir xəvaric təriqətləri kimi müxtəlif üsullarla, o cümlədən terror aktları vasitəsilə hakimiyyətə gəlməyə can atır. Bu xəvaric təşkilatı əqidə məsələlərində mötəzilə təriqətinin nəzəriyyələrinə riayət edir. Bu səbəbdən “Hizbut-Təhrir” qəbr əzabını inkar edir, Dəccalın gəlişinə inanmır və əqidə məsələlərində əhəd (az sayda ravi zəncirinə malik) hədisləri qəbul etmirlər. Aydındır ki, bütün bunlar klassik sünni (sələfi) əqidəsinə ziddir.

Bütün bunlar onu göstərir ki, bu gün müsəlmanlar arasında ekstremizm və terrorçuluğun yayılmasının əsas səbəbi sələfilik, məturidilik, hənəfilik və ya sufilik yox, ixvanların xəvaric ideologiyasıdır. Bütün bu şərin kökündə məhz müxtəlif cərəyan və təriqətlərin sıralarına nüfuz edən “Müsəlman qardaşlar” təriqətinin irəliləməsi və ideologiyası durur. Misirin keçmiş xarici işlər naziri Əhməd Əbu əl-Qeyt “Müsəlman qardaşlar” hərəkatına münasibətdə doğru deyib:

“Onlar (ixvanlar) hər biri təhlükə mənbəyi olan İŞİD, Nüsra (“əl-Qaidənin” Suriyada filialı), əl-Qaidə və digər bənzəri (ekstremist) qruplaşmaların xaç atalarıdır”. (Gulf News, “Former Mubarak minister says Muslim Brotherhood is ‘godfather”…”, 14 dekabr, 2014-cü il).

Abu-Bakr-al-Baghdadi

İŞİD xəvaric terror qruplaşmasının lideri – Əbu Bəkr əl-Bağdadi

Bu təriqətin rəsmi nümayəndələrinin qalstuk geyinməsi, saqqalarını qırxması və demokratiya və insan haqları barədə çağırıb-bağırması bizi aldatmamalıdır. Biz artıq əmin olduq ki, ixvanların bütün növləri terror və hökumətin zorakı üsullarla devrilməsini icazəli görür. Bu təşkilatın keçmiş rəhbəri (mürşidi) Muhamməd Akif “Müsəlman qardaşlar” təriqətinin məqsədi barədə bunları deyir:

“Müsəlman qardaşların” rolu xalqı öz rəhbərlərinə qarşı qaldırmaqdır” (“Sirrul Cəmaə”, səh. 42).

Həmçinin biz başa düşməliyik ki, insan əgər bir əqidə məsələsində (əqidə və mənhəc) hər hansı bir təriqətə uysa, o artıq sələfi və ya əhli-sünnə hesab oluna bilməz. Məşhur Əhli-Sünnə vəl-Cəmaə alimi imam əl-Bərbəhəri (951-ci ildə vəfat edib) deyib:

“Müsəlmana, bir şəxsdə Əhli-Sünnənin bütün sifətləri cəmləşmədikcə, “Filankəs Əhli-Sünnədəndir” deməsi icazəli deyildir” (“Şərh əs-Sünnə”, səh. 122).

Axı əgər biz Peyğəmbərin səhabələrinə və erkən sünni imamlarına nəzər yetirsək, görərik ki, onlar bəzi insanları hətta bir əhli-sünnə əqidəsi məsələsinə riayət etməməsi səbəbilə bidətdə günahlandırır və əhli-sünnə cərgələrindən çıxarırdılar. Axı o zaman hələ müxtəlif təriqətlərin fəlsəfələri tam olaraq formalaşmamış və xüsusiləşməmişdi. Yuxarıda biz artıq, İbn Ömər və İbn Abbas başda olmaqla Peyğəmbərin səhabələri yalnız bir əqidə məsələsində – Qədər məsələsində əhli-sünnə əqidəsinə riayət etməyən müsəlmanları bidətdə və yolunu azmaqda ittiham etdilər.

Həmçinin nümunə olaraq imam Maliklə (711-795-ci illər) bağlı hekayəni misal gətirmək olar. Bir gün onun yanına bir nəfər gəlir və Uca Allahın ərşə yüksəlməsinin necəliyi barədə soruşur. Buna imam Malik belə cavab verir:

“Allahın yüksəldiyi (Qurandan və Sünnədən) məlumdur. Bu yüksəlişin keyfiyətini isə anlamaq mümkün deyildir. Yüksəlişə inanmaq – vacibdir. Bu barədə (yüksəlişin keyfiyəti barədə) soruşmaq bidətdir. Və mən hesab edirəm ki, sən bidətçidən başqa bir kəs deyilsən (Əbu Nuaym, “əl-Hilyə” 6/325-326).

Beləliklə, bu insanın imam Malikdən Uca Allahın sifətlərindən birini təsvir etməsinin tələb etdiyi üçün, imam Malik (Allah ona rəhmət etsin) onu bidətçi adlandırdı və Əhli-Sünnədən çıxardı.

Bəs onda müsəlmanların şərtlər və maneələr olmadan kafirlikdə ittiham olunması, rəhbərə qarı çıxmağın icazəli olması, siyasi məqsədlər naminə bəzi bidətçi təriqətlərə yaxşı münasibət göstərmək və s. kimi mühüm əqidə məsələlərində sələfilərə zidd gedən sururilər barədə nə demək olar? Şübhə yoxdur ki, onlar sələfi və ya Əhli-Sünnə adlana bilməz.

Bütün bunlar ona dəlalət edir ki, sələfilər, mədxəlilər, cihadçılar, təkfirçilər və s. qruplara bölünmür. Burada iki tərəf vardır, biri əhlü-sünnə ardıcılları olan və haqsızcasına Mədxəlilər adlandırılan həqiqi sələfilər, digəri isə xəvaric cərəyanları.

Uca Allahdan müsəlmanları doğru yola yönləndirməsini və onları bütün müasir xəvariclərin fitnəsindən qorumağı diləyirik.

Şərhlər:

(1) Məsələn, XX əsrin görkəmli mühəddisi (hədis alimi), məşhur misirili alim şeyx Əhməd Şakir (Allah ona rəhmət etsin) hələ Misir kralı Faruqun hakimiyyəti zamanı deyib:

“Səhih mənbələrdən məlumdur ki, şeyx Həsən əl-Bənnanın hərəkatı və onun “Müsəlman qardaşlar” partiyası kommunistlər və yəhudilər tərəfindən maliyyələşdirilir. Bu partiya İslam dəvətini dağıdıcı cinayətkar təbliğə çevirib” (“Şüun ət-Təlim və əl-Qədaa”, səh. 48).

(2) Diqqətəlayiqdir ki, ixvanlar hələ iyul inqilabından əvvəl terror aktları və kral rejimin üzvlərinə qarşı siyasi qətllər vasitəsilə  kral Faruqu devirməyə çalışırdılar. Nəticə etibarilə, 1948-ci ildə, “Müsəlman qardaşlar” təşkilatinin qeyri-qanuni olması tam şəkildə təsdiqlənir.

(3) Müasir xəvaric-ekstremistlərlə yaxından tanışlıq üçün “Xəvaric təfəkkürünün təkamülü” adlı məqaləni oxuyun.

(4) Aid ibn Xəlif əş-Şəmrinin “Tənzım əl-İxvənil Müslimin və Məhətatuhum Dııd əs-Səudiyyə” adlı məruzəsini dinləyin

https://www.youtube.com/watch?v=qrZZGTtQVb8.

(5) Rəhbərlərə münasibətdə sələfilərin mövqeyi ilə daha yaxşı tanış olmaq üçün, görkəmli alim şeyx Useyminin (Allah ona rəhmət etsin) “Müsəlman öz rəhbərinə necə münasibət bəsləməlidir?” məruzəsindən bir hissəni oxuyun.

(6) Tabiin – Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin şagirdi.

(7) Bu azğın yanaşmanın təsdiqi özünü ixvan liderlərinin və ideoloqlarının etiraflarında da tapır. Məsələn, bu barədə “Müsəlman qardaşlar” hərəkatının lideri (mürşidi) Ömər əl-Tilmisaaninin (1904-1986) “Zikriyyət lə müzəkkəraat” (səh. 246-250) kitabında tapmaq olar.

(8) Rabi bin Hadi əl-Mədxali, “əl-Məukif əs-Səhih Min Əhlil Bidəi”, səh. 20.

(9) Bax. şeyx Rabi “Ədvaa İslamiyə alə Əqidəti Seyyid Qütb və Fikrihi” və “əl-Əvəəsım mimmə fi kutubi Seyyid Qütb minəl Kəvasıım” kitabları.

(10) İxvanların digər növləri kimi, sururilər də “fiqh əl-vaqi” (məsələlərin real vəziyyətinin başa düşülməsi) anlayışından danışmağı sevirlər. Bu ifadə altında onlar əsasən dövlətin daxili və xarici siyasəti ilə əlaqədar məsələləri nəzərdə tuturlar: cihadın elan olunması və dayandırılması, digər dövlətlərlə xarici əlaqələr, rəhbətə qarşı çıxmaq, inqilablar və s.

Sururilər zahirən nüfuzlu sələfi alimlərinə rəğbət bəslədiklərini və onları sevdiklərini göstərsələr də, yuxarıda sadalanana məsələlər barədə bu alimlərə müraicət etməyin qadağan olması barədə açıq-aydın şəkildə təbliğ edirlər. Yuxarıda sadalanan məsələlərə gəldikdə isə, onlarla əlaqəli yalnız süruri təbliğatçılara müraciət etmək lazımdır.

Sururilər buna onunla haqq qazandırırlar ki, guya böyük sələfi alimləri, onlardan fərqli olaraq xəbərləri və siyasi jurnal və qəzetlər oxumur. Bunun əvəzinə sələfi alimləri yalnız şəriət elmlərinin öyrənilməsi və tədrisi ilə məşğuldurlar və odur ki, dünyada baş verən hadisələrdən tam şəkildə xəbərdar olmaya bilərlər.

Əslində isə, sururilər tərəfindən “fiqh əl-vaqi” anlayışından bəhs edilməsi və onun təbliği sadəcə olaraq öz alimlərinə rəğbət bəsləyən əsas sələfi kütlələrini tovlayaraq öz sıralarına cəlb etmək üçün məkrli bir hiylədir. Süruri təbliğatçıları açıq şəkildə nüfuzlu sələfi alimlərini yolunu azmaqda və satqınlıqda günahlandıra bilmirlər, çünki sıravi sələfilər dərhal onlardan üz çevirər və onları dinləməz. Bu səbəbdən, onlar “fiqh əl-vaqi” termini adı altında bu hiyləyə əl atıblar ki, öz sıralarına daha çox müsəlmanları cəlb eləsinlər. Lakin, sururilər alimləri yollarını azmaqda və satqınlıqda yalnız o vaxta qədər açıq-aydın şəkildə ittiham etmirlər ki, alimlər onların vəziyyəti barədə öyrənə və onları ictimai şəkildə tənqid etməyənə qədər. Odur ki, sələfi alimləri XX əsrin əsas xəvarici Ben Ladeni ictimai şəkildə tənqid etməyə başlayanda, o çəkinmədən onları satqınlıqda və yaltaqlıqda ittiham edib (Ben Ladenin əl-Cəzirə kanalının “Ulə Hüruub əl-Qarn” verilişində verdiyi müsahibə, 11 mart, 2001-ci il).

(11) Abdullah Azzam (1941-1989) – daha sonra İordaniyaya köçərək “Müsəlman qardaşlar” hərəkatının iordan filialının fəal üzvü olan fələstinli. Digər ixvanlar kimi, o da İordaniyadan Səudiyyə Ərəbistanına köçməyə məcbur olur və orada universitetdə müəllimlik edə-edə qütbçülüyü yaymağa davam edir.

1979-cu ildə, Əfqanıstanda sovet işğal qoşunlarına qarşı müharibə başlayanda, Abdullah Azzam mücahidlərin əsas liderlərindən birinə çevrildi. 1984-cü ildə, o Usama Ben Ladenlə birgə sovet əleyhinə mücahidlər üçün vəsaitlərin toplanması üçün “Kömək bürosu” ofisini açır. Əksər mütəxəssislər hesab edir ki, məhz Abdullah Azzam və Ben Laden birgə “əl-Qaidə” xəvaric təşkilatının baniləridirlər.

(12) Bu gün Seyyid Qütbün əksər kitabları Səudiyyə Ərəbistanında rəsmi şəkildə qadağan edilib.

http://sunnapress.com/analitika-i-islam/9343-poyavlenie-termina-madkhality-ili-kak-ikhvany-pronikli-k-salyafitam.html

*Zəkat: İslamın beş əsasından biridir. İl ərzində müəyyən məbləğə sahib olan müsəlman şəxs ildə bir dəfə həmin məbləğin 2.5%-ni zəkat olaraq Tövbə surəsinin 60-cı ayəsində deyilən 8 qism insana sərf edir.
**Qədər: Hər şeyin Allahın izni və elmi ilə baş verməsinə etiqad etmək.
***Muslimin “Səhih” əsərində nəql edilmiş rəvayətin mətnidir.

Yoxladı:  Şeyx Qamət Süleymanov

Hazırladı: Ramin Mütəllim

Digər xəbərlər