Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İstanbulda İƏT-in Qüdslə bağlı fövqəladə sammiti başlayıb

Dekabr 13
16:54 2017

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısı başlayıb.

Selefxeber.az-ın məlumatına görə, “Report” xəbər verir ki, iclasda ABŞ prezidenti Donlad Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı, bu qərardan sonra yaranmış vəziyyət və İƏT-in bununla bağlı görəcəyi işlər müzakirə olunur.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə keçirilən sammitə təşkilata üzv olan 57 ölkədən 48-nin təmsilçisi qatılıb. Onların arasında Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, İran prezidenti Həsən Ruhani, Fələstin Dövlətinin başçısı Mahmud Abbas, İordaniya kralı II Abdulla da var. Bir sıra ölkələr isə sammitdə parlament sədri, xarici işlər naziri və digər nazirlərlə təmsil olunurlar.

Toplantının sonunda qətnamə qəbul ediləcək. Sammit başa çatandan sonra liderlərin mətbuat konfransı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsarilin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəcəyi haqda qərar qəbul edib.

Digər xəbərlər