Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Su əjdahası” amfibiya təyyarəsi ilk sınaqdan uğurla keçdi

Dekabr 25
17:42 2017

Dünyanın ən böyük amfibiya-təyyarəsi AG600 ilk uçuşunu həyata keçirib.

Selefxeber.az-ın məlumatına görə, “Oxu.Az” xəbər verir ki, bu barədə Sinxua agentliyi yazır.

Sınaq uçuşu Çinin cənubunda Çhuhay şəhərinin aerodromunda həyata keçirilib. Təyyarə yerli vaxtla 09:39-da havaya qalxıb. Uçuş bir saat davam edib.

AG600 təyyarəsinin (“Su əjdahası”) uzunluğu 36,9 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə 38,8 metr, çəkisi 53,5 ton, sürəti 500 km/saat, uçuş mənzili isə 4500 km təşkil edir.

Təyyarə 20 saniyə ərzində 12 ton su toplaya bilir. 12 saat havada qala bilən təyyarənin 50 nəfər sərnişin daşıma qabiliyyəti də var.

AG600 təyyarəsi havadan yanğınla mübarizə və axtarış-xilasetmə əməliyyatları üçün hazırlanıb.

Digər xəbərlər

ARXİV

Noyabr 2018
M T W T F S S
« Feb    
 1234
567891011
12131415161718
19202122232425
2627282930