Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Azərbaycanda “Euro-5” benzin və dizelin istehsal tarixi bəlli oldu

Noyabr 30
17:10 2017

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) aparılan yenidənqurma və modernizasiya işləri çərçivəsində dizel mərhələsinin 2020-ci il noyabrın 30-da, benzin mərhələsinin isə 2021-ci il fevralın 28-də yekunlaşacağı gözlənilir.

Selefxeber.azReport”a istinadən xəbər verir ki, zavodun baş mühəndisi Rasim İbrahimov 2021-ci ildə zavodda aparılan işlərin başa çatacağını bildirib: “Dizel fazası ilə benzin fazasının başa çatması arasında cəmi 4 ay vaxt var. İlkin olaraq dizel istehsalına başlanılacaq. Modernizasiyadan sonra zavodda ildə təxminən 3 mln. ton həcmində “Euro-5″ standartının tələblərinə cavab verən dizel istehsal ediləcək”.

Benzin istehsalına gəlincə, baş mühəndis qeyd edib ki, görülən işlərdən sonra benzin istehsalının həcmi hazırkı göstəricidən 1,2-1,3 mln. ton artıq olacaq: “Hazırda zavodda benzin istehsalının həcmi təxminən ildə 1 mln. ton təşkil edir. “Ai-92″ markalı benzinə olan daxili tələbat tam ödənilir. İstehsalın həcmi artırıldıqdan sonra əlavə həcmlər ixraca yönəldilə bilər”, – o əlavə edib.

Baş mühəndis bildirib ki, yenidənqurma və moderniyasiya işləri çərçivəsində hazırda yeni bitum qurğusunun inşası davam edir, digər qurğular üzrə isə EPC (Mühəndislik, Satınalma və Tikinti) podratçısının seçilməsi gözlənilir: “Bitum qurğusu gələn ilin III rübündə istifadəyə veriləcək”.

Qeyd edək ki, BNEZ-in yenidənqurma və modernizasiyası layihəsinin üç mərhələdə icrası nəzərdə tutulub. Zavodda modernizasiya və yenidənqurma işlərindən sonra emal gücü hazırkı illik 6 mln. tondan 7,5 mln. tona çatıdırılacaq.

Görülən işlərdən sonra müəssisədə istehsal olunacaq avtomobil benzininin illik istehsal həcmi 2,2 mln. ton, dizel yanacağının 3 mln. ton, ağ neftin isə 1 mln. ton təşkil edəcək.

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031