Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Zərrab davasının pərdəarxası sirri – Qəribə detallar

Dekabr 26
17:43 2017

ABŞ Prezidenti Tramp bəyan etdi ki, Amerika Yaxın Şərqdəki planlarının həyata keçməsi üçün 6 trilyon dollar xərcləyib. Ancaq buna baxmayaraq, ABŞ-ın buradakı siyasəti fiaskoya uğradı. Maraqlıdır, bəs ABŞ burada itirdiyi maliyyə itkisini necə bərpa etməyi düşünür?

Selefxeber.az məsələ ilə bağlı politoloq Nəzakət Məmmədovanın “Axar.az”a müsahibəsini təqdim edir:

– ABŞ Yaxın Şərq siyasətinin fiaskoya uğramasından sonra buraya xərclədiyi pulları hansı üsulla geri qaytarmağa çalışır?

– ABŞ ən azından Yaxın Şərqdəki nefti güvənliyə almağı düşünür. Beləliklə də həm öz planlarını həyata keçirməli, həm də sərf etdiyi trilyonlarla pulu geri qaytarmalıdır. Türkiyə ilə ABŞ-in hazırda əsas mübahisə mövzularından biri FETÖ vasitəsilə Orta Asiyadan ABŞ-a ötürülməli olan milyardlarla dollar pulun lazımi yerə çatmasına Türkiyənin mane olmasıdır. Bu məbləğin 53 milyard dollardan artıq olduğu bildirilir. Məhz bu səbəbdən də Türkiyənin bütün çağırışlarına baxmayaraq, Orta Asiya respublikalarının bəziləri, cümlədən Qırğızıstan FETÖ məktəblərini bağlamaq istəmədi. Çünki burda birbaşa ABŞ-ın göstərişi var idi. FETÖ ABŞ-ın Orta Asiyada maraqlarının həyata keçirilməsi vasitələrindən biri olmuşdur. Məsələn, Rusiya vaxtilə bunu bildi və qarşısını aldı. Qırğızıstan isə, gördüyümüz kimi, ABŞ-ın postsovet məkanında əsas diqqət yetirdiyi və “rəngli inqilab”ın baş verdiyi ölkədir. Bu da təsadüfi deyil. Çünki Orta Asiya Çin, Rusiya, İran kimi ABŞ üçün əhəmiyyətli rəqiblərin yaxınlığında yerləşir. Qırğızıstanın Türkiyə ilə münasibətlərin kəskinləşməsi bahasına da olsa, FETÖ məktəblərini saxlaması təəccüblü gələ bilər. Lakin FETÖ məktəbləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin örtük təşkilatlarından başqa bir şey deyil.

– ABŞ hazırda FETÖ vasitəsilə Orta Asiyadan gələn və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqona catacaq pulların Türkiyədə anti-FETÖ əməliyyatları zamanı müsadirə olunmasına necə cavab verəcək?

– ABŞ bundan çox narahatdır. Əslində FETÖ-nun maliyyə mənbələrinin kökünün kəsilməsi, onunla əlaqədə olan şirkətlərin çökdürülməsi ABŞ-a gedən çirkli pulların qarşısının alınması əməliyyatı idi. Bundan narazı qalan ABŞ Zərrab davasını ortaya ataraq burada Türkiyə banklarının qeyri-qanuni fəaliyyətini sübut etməyə çalışır. ABŞ məhkəmə qərarı ilə Türkiyənin 10-a yaxın bankını İranla gizli əməkdaşlıqda ittiham edərək onların üzərinə təzminat qoymaq niyyətindədir.

Həmin məbləğ də elə təxminən Türkiyənin FETÖ-çu təşkilatlara qarşı əməliyyatlar zamanı əl qoyduğu, lakin ABŞ-a ötürulməli olan məbləğin həcmində ola bilər.

Bununla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon Orta Asiyadan almağa hazırlaşdığı, ancaq uğursuz dövlət çevrilişi cəhdindən sonra Türkiyədə batan pulları geri qaytarmağa çalışırlar. Hazırda ABŞ Yaxın Şərqdə xərclədiyi 6 trilyon və Türkiyədə batırdığı 53 milyardın geri qaytarılmasına çalışır.

– Türkiyə ABŞ-ın bu cəhdlərinin qarşısını necə alacaq?

– Təbii ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın təhdidlərindən qorxan bir şəxs olmadığı üçün bu pulların Türkiyədən alınması asan olmayacaq. Qorxsaydı, mənbəyi məlum olmayan bu “çirkli pulların” Türkiyədəki şirkətlər vasitəsilə yuyularaq, ölkəsi üzərindən ABŞ-a köçürülməsinə imkan verərdi.

Bundan başqa, bu pullar ABŞ-a müttəfiq ölkənin daxili işlərinə müdaxilə edərək orada qeyri-qanuni dövlət çevrilişi cəhdini maliyyələşdirmək üçün sərf olunubsa, Türkiyə də öz növbəsində FETÖ kimi, bu ölkədəki Amerika banklarını da qanunsuz çevrilişi maliyyələşdirməkdə ittiham edə bilər.

Digər xəbərlər