Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Terror etməyi planlayan, yaxud terror düşüncəli insan haqqında aidiyyatı orqanlara xəbər vermək – Şeyx Fovzan

Oktyabr 10
19:02 2017

Böyük Alimlər Heyətinin üzvü müdrik alim Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) bildirib ki, müsəlmanlara qarşı (terror və s.) şər iş düzənləyən insanı gizli saxlamaq olmaz. O təkidlə vurğulamışdır ki, müsəlmanlar onun şərrindən qurtulsunlar deyə belələri haqqında məlumat vermək lazımdır.

Bu haqda Böyük Alimlər Heyəti “tvitter” hesabında Şeyx Fovzanın adına belə bir paylaşım ediblər. Sitatda deyilir:

“Müsəlmanlar üçün şər daşıyan (terror və s.) insanı gizli saxlamaq olmaz. Belə insan haqqında məlumatı olan hər kəsə vacibdir ki, onun haqqında aidiyyatı yerlərə xəbər versinlər. Beləliklə digər müsəlmanlar onun şərrindən xilas olarlar.”

Şeyx Saleh əl-Fovzan

Digər xəbərlər