Astanada Azərbaycan məhəlləsi salınacaq
1. 031 dəfə baxılıb
Trend-in məlumatına görə, Azərbaycanın tikinti şirkəti Qazaxıstanın paytaxtı Astana şəhərində “Azərbaycan məhəlləsi” adlı yaşayış kompleksinin inşasını planlaşdırır. Bu barədə jurnalistlərə Qazaxıstan xarici işlər nazirinin birinci müavini Rapil Joşıbayev bildirib.
O, qeyd edib ki, həmin layihə bu yaxınlarda şəhər meriyasında müzakirə edilib. Kompleks Azərbaycan koloritli bir neçə yaşayış binasından ibarət olacaq. R.Joşıbayevin sözlərinə görə, ümumilikdə Azərbaycan şirkətləri, o cümlədən tikinti şirkətləri Qazaxıstanda çox fəal çalışır və bir sıra iri layihələr reallaşdırırlar.
Sələf Xəbər: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Müqəddəs Quran, “Hucurat” surəsi, 13 -cü ayə).
“Rəbb xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər. Bundan başqa, onlar qohumluq münasibətləri yaradır, şadlıq və fəlakət anlarında bir-birilərini müdafiə edirlər. Onlar tənhalıqda yaşasaydılar bu yardımlaşma mümkün olmazdı, lakin Allah onlara rəhm edərək, onları xalqlar və qəbilələr toplusu halına gətirmişdir ki, onlar birgə yaşayaraq, mehriban qohumluq münasibətləri saxlasınlar.” (Bax “Təfsir Əs-Saadi”).