Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

Düşmən generallarından çirkin addım – bu bölgənin İŞĞAL PLANINI CIZDILAR – FOTOLAR

Avqust 15
17:55 2017

Bəşər Əsəd rejimi Türkiyənin Hatay vilayətini Suriya torpağı olaraq təqdim edib.

Əsəd generallarının İranın dəstəklədiyi şiə milisləri ilə birgə keçirdiyi müzakirələrdə masa üzərindəki xəritə diqqət çəkib. Xəritədə Türkiyənin Hatay vilayəti Suriya torpağı olaraq göstərilir.

Selefxeber.az-ın “Publika.az”a istinadən xəbərinə görə, təhlükəsizlik üzrə türkiyəli mütəxəssis Metin Gürcan qalmaqallı xəritə ilə bağlı Tvitterdə açıqlama yayıb.

“Bu prixoloji müharibədir. Suriyalı generallar Hatayı Suriya torpağı olaraq göstərən xəritə üzərində müzakirə aparmaqla Ankaraya mesaj verirlər. Əgər generallar bunu ciddi şəkildə müzakirə edirlərsə, çox cahildirlər, yaxud belə bir poza verirlərsə, gülməlidirlər”, – deyə Gürcan qeyd edib.

“Yeni Şəfəq”in köşə yazarı İbrahim Karagül isə bugünkü yazısında Suriyadakı oyuna diqqət çəkib.

“Afrinə müdaxilə etmək, yəni “terror dəhlizi”nin (ABŞ-ın Türkiyənin cənubunda yaratmaq istədiyi “kürd dəhlizi”- red.) Aralıq dənizinə çıxışının qapısını bağlamaqdan savayı yolumuz yoxdur. Məsələ artıq Suriya məsələsi yox, Türkiyə məsələsidir. Bunu etməsək, yaxın zamanlarda yüz kilometrlərlə məsafədə yaradılacaq “Türkiyə cəbhəsi” ilə üz-üzə qalacağıq. Hədəf 2019-cu ildən öncə Türkiyəyə qarşı bu ssenarini həyata keçirməkdir. Diqqətləri çəkmək üçün “Hatayı da alırlar” görüntüsü yaradaraq, əslində müharibəni Türkiyəyə transfer etməyi planlaşdırırlar”, – deyə İ.Karagül vurğulayıb.

sx-news-6236

sx-news-6235

sx-news-6234

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930