Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Gürcüstanda “Azərbaycan xalçaları” kataloqu nəşr edilib

Avqust 13
16:05 2014

“Sələf Xəbər”-in APA-nın Gürcüstan bürosuna istinadən verdiyi məlumata görə, Tiflisdə gürcü, ingilis, rus və azərbaycan dillərində “Azərbaycan xalçaları” adlı kataloq nəşr edilib.

Kitab Gürcüstan Milli Muzeyində qorunan, müxtəlif bölgələri əhatə edən, dünya mədəni irsinin bir hissəsini təşkil edən Azərbaycan xalçalarından bəhs edir.

Nəşrdə xalçaçılıq haqqında maraqlı məlumatlar verilib, Azərbaycan xalçaları hazırlama yerinə və bədii-texniki xüsusiyyətlərinə görə 4 əsas qrupa və 9 alt qrupa bölünüb. Kitabda Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz xalça qrupları haqqında ətraflı məlumat var.

Kataloqda M. F. Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyevanın ön sözü və Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidzenin kataloq barədə fikirləri verilib. D. Lordkipanidze Gürcüstanın Milli Muzeyində qorunan xalça eksponatlarının indiyə kimi bu cür formatla və yüksək poliqrafik səviyyədə nəşr olunmadığını qeyd edib.

M. F. Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva APA-ya açıqlamasında Azərbaycan xalçalarının tarixindən danışaraq xalça məhsullarımızın 1872-ci ildə I Pyotrun anadan olmasının 200 illiyinə həsr edilən böyük bir sərgidə nümayiş olunduğunu və 1873-cü ildə beynəlxalq Vyana sərgisinə göndərildiyini, mətbuat səhifələrində bu məhsulların bədii dəyərinin xüsusilə vurğulandığını bildirib: “Azərbaycan xalçalarının sərgisi M.F. Axundov adına Mədəniyyət Muzeyinin təşəbbüsü və təşkilatçılığı ilə Tiflisdə də keçirilib. Bundan sonra biz xalçalarımızın kataloqunu hazırlamaq barədə layihə hazırladıq, Gürcüstan Milli Muzeyi ilə müqavilə bağladıq və bir neçə il kataloqun üzərində işlədik. Layihənin həyata keçirilməsində ARDNŞ-in Gürcüstan nümayəndəliyi bizi dəstəkləyib. Nəhayət, kataloq 1000 tirajla 4 dildə nəşr olunub. Bu, Azərbaycan xalçaçılıq sənətinə verilən böyük
qiymətdir”, L. Əliyeva bildirib.

Digər xəbərlər