Kanadada məscidə silahlı hücum nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb
1. 077 dəfə baxılıb
Kanadanın Kvebek şəhərində əli silahlı 3 şəxsin məscidə daxil olaraq atəş açması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Selefxeber.az-ın məlumatına görə, “Report” “Reuters”ə istinadən xəbər verir ki, hücum nəticəsində 8 nəfər yaralanıb.
“Bu gün Kvebekdə məscidə edilən qorxaqcasına hücumun qurbanlarına yas saxlayırlar. Mənim fikrim hücum nəticəsində ölənlərin yaxınlarının yanındadır”.
Bunu Kanadanın baş naziri Castin Tryudo Kvekebkdə İslam mədəniyyəti mərkəzinə hücumla bağlı “Twitter” səhifəsində yazıb.
Hökumət başçısı məscidə hücumu terror aktı adlandırıb.
Xəbərdə bildirilib ki, Kanadanın Kvebek əyalətinin eyni adlı şəhərində əli silahlı 3 nəfərin məscidə soxularaq, açdığı atəş nəticəsində azı 5 nəfər ölüb.
Hadisə ilə bağlı iki nəfərin həbs edildiyi bildirilib. Polis rəsmiləri hücumda iştirak edən üçüncü silahlının qaçıb, gizləndiyini istisana etməyib.
Məlumata görə, terror aktı gecə namazı zamanı törədilib. Həmin vaxt məsciddə 40-100 nəfər insan olub.
Hücumun səbəbi məlum deyil, araşdımalar aparılır.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).
“Əgər ən böyük qanun pozanlar məscidlərdə Allahın adını zikr etməyi qadağan edən günahkarlardırsa, ən ləyaqətli möminlər, maddi və mənəvi cəhətdən məscidləri quranlardır. Məhz buna görə, Uca Allah buyurur: “Müşriklər küfr etdiklərini bildikləri halda, (onlara) Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar. Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar” (Müqəddəs Quran, “Tövbə” surəsi, 17-18-ci ayələr). Bundan əlavə, Allah məscidlər ucaltmağı, onlara hörmət bəsləməyi və abadlaşdırmağı əmr edib. Allah buyurur: “(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Müqəddəs Quran, “Nur” surəsi, 36-cı ayə). Məscidlərə, adı çəkilən gözəl ayələrdə məğzi şərh olunan bir çox dini ehkamlar şamil olunur” (Bax “Təfsir Əs-Saadi”).