Kiyevdə ilk müsəlman gimnaziyası açılacaq
904 dəfə baxılıb
“Sələf Xəbər” www.islamsng.com saytına istinadən Kiyev şəhərində ilk müsəlman gimnaziyasının açılması barədə yazır.
Sentyabrın 1-də Kiyev şəhərinin İslam mədəniyyət mərkəzinin binasında “Bizim gələcəyimiz” adlanan özəl gimnaziya öz işinə başlayacaq. Dövlət proqramına mütləq şəkildə tabe olan tədris planı xarici dillərin (ingilis, ərəb) dərindən öyrənilməsi, əxlaq və xalq ənənələri dərslərinin olması ilə fərqlənir. Şagirdlər həmçinin öz istəkləri ilə Quran dərslərinə də qatıla biləcək.
Məktəbin bir özəlliyi də hər bir şagirdə maksimal diqqətin yetirilməsidir: bir sinifdə 5-15 şagird oxuyacaq.
Bu təhsil müəssisəsi yarı-pansionat kimi də fəaliyyət göstərəcək: şagirdlərə halal naharlar və dərslərdən sonra bir müddət gimnaziyada qalmaq imkanı veriləcək.
Hazırda bu təhsil ocağı Kiyevdə müsəlmanların əsasını qoyduğu ilk humanitar gimnaziyadır. Burada oxumaq üçün müsəlman olmaq mütləq deyil, gimnaziyanın qapıları bütün uşaqların üzünə açıqdır. Hazırda 40-dan çox uşaq gimnaziyada qeydiyyatdan keçib. Bir çox müsəlman ailələrinin bu layihəyə marağı artıb, növbəti tədris ilində övladlarının bu təhsil ocağında oxumasını istəyənlər az deyil.
“Hər kim elm öyrənmək üçün müəyyən bir yola çıxarsa Allah onun Cənnətə gedən yolunu asanlaşdırar. Mələklər elm tələbəsinin bu əməlindən xoş olduqları üçün qanadlarını onun üzərinə açarlar. Göylərdə və yerdə olan hər bir şey onun üçün bağışlanma diləyər” (Əbu Davud 3641, Tirmizi 2683.)Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)