Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Məscidə mərmi düşdü

Avqust 22
18:45 2014

“Sələf Xəbər” islamsng xəbər saytına istinadla bildirir ki, Ukraynanın cənub-şərqində hərbi qarşıdurma zamanı atılan mərmilərdən biri Donetsk şəhərinin baş məscidinə düşüb. Mərmi məscidin günbəzini dağıdıb.

“Umma” – Ukrayna Müsəlmanları Dini İdarəsinin müftisi Səid İsmaqilov özünün Facebook hesabında bu barədə xəbər verib: “Yaxşı ki, mərmi minarəyə düşmədi. Minarə dağılsaydı, onda, həm günbəz deşilərdi, həm də divarlar dağılardı”.

Məscid, daim atəşə tutulan hava limanı tərəfdə yerləşdiyinə görə hərbi hərəkatlar başlayan dövrdən bağlıdır.

Qeyd edək ki, “Əhat-Cami” adlanan bu məscid 3 sentyabr 1999-cu ildə açılmışdır. Donbassda tikilən ilk məsciddir. 2012-ci ildə isə, Donetsk şəhərinin baş məscidi olan bu ibadətgah və ətrafdakı ərazi “Şaxtyor” Futbol Klubunun prezidenti Rinat Axmetovun dəstəyi ilə əsaslı rekonstruksiya edilmişdi.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).

“Ən zalım insanlar və ən qəddar cinayətkarlar – məscidlərdə Allahı zikr etməyə mane olanlar və namaz qılmağa və ibadətin digər mərasimlərini keçirməyə imkan verməyənlər, məscidləri maddi və mənəvi cəhətdən dağıtmağa can atanlardır. Məscidlərin maddi cəhətdən dağıdılması dedikdə, onların binalarının sökülməsi, onlara vurulan ziyan və onların natəmizliklərlə murdarlanması nəzərdə tutulur. Mənəvi cəhətdən dağıdılma altında isə, namaz qılanlara məscidlərdə Allahın adının zikr edilməsinə imkan verilməməkdir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər