Minskdə MDB ölkələri pediatrlarının konqresi keçiriləcək
2. 008 dəfə baxılıb
“Sələf Xəbər” “BELTA” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, oktyabrın 9-10-da Belarusun paytaxtı Minskdə MDB ölkələri pediatrlarının VI konqresi keçiriləcəkdir. Konqresin builki mövzusu “Uşaq və cəmiyyət: səhiyyə, inkişaf və qidalanma problemləri” olacaq.
Forumda müasir pediatriyanın əsas məsələləri, ələlxüsus, MDB ölkələrində uşaqların sağlamlıq vəziyyəti müzakirə olunacaqdır. Konqresin işində MDB ölkələrinin və uzaq xarici dövlətlərin pediatriya sahəsinin aparıcı mütəxəssisləri iştirak edəcəklər.
Forum ənənə üzrə Birlik ölkələrinin 2008-ci ildə yaradılmış MDB Pediatrlar Federasiyasının təşəbbüsü ilə təşkil olunur və təşkilata üzv olan ölkələrdən birində keçirilir.
Konqresin builki təşkilatçıları Belarus Səhiyyə Nazirliyi, “Ana və uşaq” Respublika Elmi-Praktiki Mərkəzi, Belarus Dövlət Tibb Universiteti və s. tibb müəssisələridir.